Icma.az
close
up
RU
Putini “saxlamaq” Rusiyaya ayda 3 milyarda başa gəlir Xərclər ilbəil artır

Putini “saxlamaq” Rusiyaya ayda 3 milyarda başa gəlir Xərclər ilbəil artır

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Dövlət Dumasının vahid məlumat bazasında dərc olunan büdcə qanunu layihəsində deyilir ki, Rusiya Prezidenti Vladimir Putin və onun administrasiyasının saxlanması xərcləri 2026-cı ildə Rusiya vergi ödəyiciləri üçün yenidən artacaq.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, sənədə əsasən, “Prezident və onun administrasiyasının fəaliyyəti” bəndi üzrə xərclər 32,917 milyard rubl təşkil edəcək - ayda orta hesabla 2,74 milyard rubl, həftədə 633 milyon rubl və ya gündə 90 milyon rubl. Yəni, Putini “saxlamaq” ayda 3 milyard rubla(təxminən 123.2 milyon dollara) başa gələcək.

Cari illə (30,926 milyard rubl) müqayisədə Putinin “saxlanması” xərcələri demək olar ki, 2 milyard rubl artacaq və Rusiyanın yoxsul vilayətlərinin illik büdcəsindən (Kalmıkiyada 28,8 milyard rubl, Yəhudi Muxtar Dairəsində 24,2 milyard rubl) baha başa gələcək.

2027-ci ildə prezident və onun administrasiyası üçün maliyyə vəsaiti əlavə olaraq 809 milyon rubl artaraq 33,726 milyarda çatacaq; və 2028-ci ildə - daha 906 milyon rubl artaraq 34,632 milyard olacaq.

Layihəyə əsasən, gələn il Rusiya büdcəsinin ümumi xərcləri 1,2 trilyon rubl artaraq 44 trilyona çatacaq. Gəlirlər 40,3 trilyon təşkil edəcək. Bu da büdcədə 4 trilyon rubla yaxın “dəlik” deməkdir. Ona görə də bu il rekord həddə çatan büdcə kəsirini ödəmək üçün hakimiyyət ƏDV-ni 20%-dən 22%-ə qaldırmağı və sadələşdirilmiş vergi sistemi üçün həddi 60 milyon rubldan 10 milyon rubla endirməklə kiçik biznes üçün ağır “vergi islahatı” həyata keçirməyi planlaşdırır.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Oktyabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri