Icma.az
close
up
RU
PUTİNİN “BUREVESTNİK” BLEFİ VƏ TRAMPIN ƏSL MƏQSƏDİ... ABŞ nəyi planlayır?

PUTİNİN “BUREVESTNİK” BLEFİ VƏ TRAMPIN ƏSL MƏQSƏDİ... ABŞ nəyi planlayır?

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Moskva Çini, Vaşinqton isə Rusiyanı təhlükə saymır

Soyuq müharibədən sonra ABŞ-nin NATO vasitəsilə şərqə doğru irəliləməsinin əsl səbəbi Rusiya yox, Avropayla bağlıdır. Belə ki, faktiki ABŞ-nin nəzarətindəki NATO Avropa İttifaqının genişlənməsinə paralel olaraq böyüyüb. Çünki Rusiya ABŞ-yə rəqib olacaq və onun qlobal hegemonluğuna təhdid törədəcək güc deyil.

Amma indi Rusiya deyir ki, Qərb dünyası bizim mövcudluğumuza təhdiddir, bizi parçalmaq istəyir və ona görə də özümüzü qorumaq naminə Ukraynada qalib gəlməliyik. Ancaq Rusiya rəhbərliyi qəbul etmək istəmir ki, özlərini zorlamaqla potensiallarının yetmədiyi müharibəyə girişiblər.

Kremldəkilər nədənsə şərqdəki Çini təhlükə saymırlar, halbuki, Pekin səbrlə Rusiyanın tənəzzülə məruz qalmasını gözləyir. Çin dünyaya yenidən format veriləcəyi təqdirdə Rusiyanın ərazilərindən yaxşıca pay qoparmaq niyyətindədir.

Yeni dünya nizamını konspiroloji nəzəriyyə kimi qəbul edənlər nədənsə dünyadakı köhnə nizam qaydalarının tədricən demontaj edilməsini sezmirlər. ABŞ-nin qlobal hegemonluğuna qarşı çıxan dövlətlərin uğur qazanması üçün onların güclü liderə ehtiyacı var. Çin bu liderliyi öz üzərinə götürmək fikrindədir. Pekinin ABŞ hegemonluğuna alternativ rəqib kimi meydana atılması özüylə birlikdə yeni geostrateji reallıqlar gətirir. Avrasiya materikindəkı dövlətlər içərisində Qərb dünyası ilə yollarını ayırıb, Çinlə birlikdə yürüməyi konkret qərara alan yalnız iki dövlət var - Şimali Koreya və Rusiya. Lakin yuxarıda qeyd edildiyi kimi, Çin Rusiyanı özünə bərabər tərəfdaş saymır və hətta yeri gələndə Moskvanın maraqlarına zidd qərarlar da verir.

Beləliklə, ABŞ dünya çapındakı geosiyasi və geoiqtisadi maraqlarını qorumaqdan ötrü öz potensial rəqibləri sayılan Çini və onun əlaltısına dönüşən Rusiyanı zəiflətmək üçün hərəkətə keçib. Donald Tramp Ukraynada sülh əldə etməklə Rusiyanı öz tərəfinə çəkməyə cəhd etsə də, heç bir nəticə hasil olmayacağını anlayıb və mövqeyini kəskin dəyişmək qərarına gəldi.

Rusiyanın yeni dünya nizamındakı yeri və geosiyasi təsir imkanı yalnız onun geniş coğrafi ərazisi ilə bağlı ola bilər. Yoxsa, bərbad hərbi-texnoloji və iqtisadi potensialı ilə Rusiyanın dünya gücləri ilə uzunmüddətli rəqabət aparması qətiyyən mümükün deyil. Belə bir mücadiləyə girişmək ölkənin çöküşü və parçalanması ilə nəticələnə bilər. Ancaq biz Rusiyanın Qərb dünyası ilə həvəslə qarşıdurmaya girmək istədiyinin şahidiyik. Qərb isə Rusiyaya qarşı indiyədək sərt və sarsıdıcı addımlar atmayıb. Məsələn, elə Avropa İttifaqının sayca 19-cu sanksiya zərfini təsdiq etməsi buna əyani nümunədir. 

Təsəvvür edirsinizmi, Avropanın sabitliyinə təhdidlər yağdıran bir ölkəyə qarşı görülməsi vacib olan tədbirləri mərhələlərə, hissələrə bölərək, dozalaşdırılmış şəkildə həyata keçirirlər. Onu da deyək ki, Avropa tətbiq etdiyi sanksiyaların heç də hamısına əməl etməyib, “kölgə donanması”nın tankerləri hələ də Rusiyadan neft daşıyır. Heç şübhəsiz ki, müharibənin uzadılması istənilib və bu müharibədə dönüş yarada biləcək tərəf ABŞ-dir.

Trampın bəyanatlarından belə anlaşılır ki, o artıq Rusiya ilə yumşaq davranmaqdan vaz keçir. Ağ Ev rəhbəri ilk dəfədir ki, Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edir. Ekspertlərin fikrincə, əgər “Rosneft” və “Lukoil” enerji şirkətlərinə və həmçinin də bu şirkətlərin 34 törəmə müəssisələrinə qarşı qoyulmuş sanksiyalara əməl edilərsə, Rusiyaya valyuta axını kəskin azalacaq. Belə görünür ki, Tramp aldadıcı manevrlərlə Putini çıxılmaz vəziyyətə salmaqla meydanda əsl qüdrətin kimə məxsus olmasını ona göstərmək niyyətindədir.

Putinin “bu tədbirlər bizə ciddi təsir göstərməyəcək” sözlərinə qarşı Trampın “lap yaxşı, altı aydan sonra görərik” cavabını verməsi ABŞ Prezidentinin rəqibini sındırmaqda maraqlı olmasını göstərir. ABŞ Prezidentinın fikrini çox sürətlə dəyişməsi Rusiya rəhbərliyini çaşdırıb və onlar mövqeyini dinamik dəyişən Trampı asanlıqla aldatmağın, ona kələk gəlməyin mümükün olmayacağını hələ dərk etməyiblər.


ABŞ-nin Rusiyanın neft şirkətlərinə qarşı tətbiq etdiyi sanksiylardan qorxuya düşən, amma bunu büruzə verməməyə çalışan Vladimir Putin bir tərəfdən Ağ Ev rəhbərliyi ilə yenidən təmas qurmaq üçün öz xüsusi nümayəndəsi Kirill Dmitriyevi ABŞ-yə yollayır, digər yandan isə nüvə mühhəriki ilə işləyən nüvə başlıqlı “Burevestnik” raketilə ABŞ-ni hədələyir. Amma bütün cəhdlərinə baxmayaraq, Kreml istədiyi nəticəni əldə edə bilməyib. Tramp Putini artıq kənara itələyir və deyir ki, mən vaxtımı boş yerə sərf etmək istəmirəm. Putinin “Burevestnik” blefini yaxşı anlayan Tramp deyib ki, bizim nüvə raketləri daşıyan sualtı qayıqlarımız Rusiyanın lap yaxınlığında mövqe tutublar.

Yeri gəlmişkən, ABŞ-yə xahişə gedən Dmitriyev xislətini gizlədə bilməyib. Putinin nümayəndəsi ABŞ-nin “CNN” telekanalının müxbirinin ona ünvanladığı “Rusiya ordusu uşaq bağçalarını bombalayır” sualına Dmitriyevin “mən hərbçi deyiləm, ona görə də cavab verə bilməyəcəyəm,amma biz mülki obyektlərə zərbə vurmuruq, təəssüf ki, hərdən xoşagəlməz hadisələr olur” deməsi Rusiya hakimiyyətinin nə qədər riyakar olduğunu göstərir.

ABŞ Maliyyə naziri Skot Besset Dmitriyevi nahaq yerə təbliğatçı adlandırmayıb. İstər Putinin və istərsə də onun nümayəndəsinin tərzi-hərəkətlərindən bəlli olur ki, Rusiya müharibəni dayandırmaq fikrindən uzaqdır. Müharibədəki böyük itkilər və eləcə də büdcənin anoloqsuz hərbləşdirilməsi Kreml rəhbərini qətiyyən narahat etmir. Hazırda müharibə Rusiya büdcəsinin 38 fazini yeyir və bu neqativ meyl getdikcə artır. Maraqlı nüans ondan ibarətdir ki, Rusiya Maliyyə naziri Anton Siluanov büdcədə sosial müavinətlərin önəmli yer tutduğunu vurğulasa da, buradakı sosial imtiyazlar “Xüsusi Hərbi Əməliyyat” iştirakçılarının ailələrinə aiddir, əhalinin böyük kəsimi isə onlar üçün əhəmiyyət daşımır. Yəni, konkret olaraq hər şey müharibənin iştahını “doyuzdurmaq” üçün edilir.

2026-cı ildəki büdcəsində 5.7 trilyon rublluq kəsir olacaq Rusiyanın bu müharibədə qazancı ölkənin tədricən ağır tənəzzülə qərq edilməsi olacaq. ABŞ-ninsə qarşısında dayanan əsas prioritet məsələ Rusiya yox, ölkənin qlobal ticarətdəki balans pozğunluğunu aradan qaldırmaq və Çinin ambisiyalarını cilovlamaqdır.

Tramp hesab edir ki, beynəlxalq ticarətdəki balans pozğunluğu ABŞ iqtisadiyyatını zəiflədir. Ağ Ev rəhbəri Çinin yüksələn inkişafının əsl səbəbkarının da məhz ABŞ olduğunu söyləyib. O deyib: ”Biz uzun illər ərzində itirdiyimiz pullar hesabına Çin ordusunu yaratdıq, bizi aldatdılar”.

ABŞ artıq Çinin istər texnoloji sahədə və istərsə də emal sənayesində qlobal inhisarçıya çevrilməsinə qarşı tədbirlər görməyə başlayıb. Bunun üçün ABŞ hər istiqamətdə hərəkətə keçib və mümkün qədər Çinin qlobal gücünü məhdudlaşdırmaqla məşğuldur.

Ağ Ev ABŞ-də istehsal edilən yüksək texnoloji məhsulların Çinə ixracına məhdudiyyətlər qoyub və hətta bununla kifayətlənməyərək, tərkibində ABŞ istehsal komponentləri olan bütün məhsulların Çinə ixrac edilməsinə də məhdudiyyət qoymağı planlayır.

ABŞ-nin Niderland hökuməti ilə apardığı danışıqlardan sonra əsasən avtomobillərdə istifadə olunan çiplər üzrə ixtisaslaşan “Nexperia” şərkətini Niderland hökuməti öz nəzaritinə keçirib. Niderlandın “Nexperia” şirkəti ilk öncə “Philips”in bir bölümü olub və bu şirkəti 2019-cu ildə Çinin “Wintgtech Technology” şirkəti almışdı. Lakin ABŞ-nin təzyiqləri nəticəsində Niderland “Nexperia”nı demək olar ki, milliləşdirib.

ABŞ eyni zamanda, nadir torpaq metalların emalında Çinin inhisarına son qoymaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirir. ABŞ Avstraliya ilə bu metallar ilə zəngin yatağın müştərək işlənməsinə dair müqavilə imzalayıb. Bununla yanaşı, bu cür yataqların işlənməsi üzrə Pakistanla da saziş imzalanıb.


Tramp Çinin ambisiyalarına ehtiyatla yanaşan region dövlətləri ilə mühüm əməkdaşlıq müqavilələri bağlamaqla onları öz müttəfiqinə çevirmək niyyətindədir.

ABŞ-də 6 noyabr tarixində keçiriləcək “ABŞ-Orta Asiya sammiti” Vaşinqtonun Çinə və Rusiyaya qarşı yönəlmiş geostrateji həmləsi kimi dəyərləndirilməlidir.

Beləlkilə, ABŞ İkinci Dünya Müharibəsindən sonra onun hegemonluğuna meydan oxuyan Çin və onun vassalı rolunda çıxış edən Rusiyaya qarşı xüsusi tədbirlər həyata keçirməyə start verib. Beləliklə, ABŞ perspektivdəki yeni dünya nizamı formatında da öz öncül mövqeyini qorumağı planlayır. Bacaracaqmı, zaman göstərəcək.

Vaqif Nəsibov

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Oktyabr 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri