Icma.az
close
up
RU
Putinin “dostları” Kremldən yan keçəcək qazın həcminə qərar veriblər

Putinin “dostları” Kremldən yan keçəcək qazın həcminə qərar veriblər

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Bu, Türkiyənin planının bir hissəsidir..?

...2025-ci ilin sonuna qədər Türkiyəyə tədarük ediləcək Türkmənistan qazının planlaşdırılan həcmi 1,3 milyard kubmetr olacaq.

SİA “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar prezident Ərdoğanın başçılıq etdiyi rəsmi nümayəndə heyətinin tərkibində İndoneziyaya səfəri zamanı bildirib.

…Ümid edirəm ki, ilin sonuna qədər davam edəcək tədarük prosesində biz Türkiyədəki istifadəçilərə 1,3 milyard kubmetr təbii qaz təklif edəcəyik, - deyə nazir bildirib.

Onun sözlərinə görə, Türkiyə qaz tədarükünü fərqləndirməyə və şaxələndirməyə çalışır.

…Biz müxtəlif ölkələrdən qaz tədarük etmək istəyirik. Bu planın bir hissəsidir. Bu mənada biz artıq çoxdandır ki, qazlaşdırma qurğuları vasitəsilə müxtəlif ölkələrdən qazı mayeləşdirilmiş təbii qaz şəklində ala bilirik.

Bunu da türkiyəli nazir deyib.

Qeyd edilməlidir ki, Türkmənistandan qaz tədarükünün başlanmasının özünəməxsus xüsusiyyəti var: Türkiyə 20 ildən artıq müddətdə ilk dəfə qazı ümumi sərhədi olmayan ölkədən boru kəməri ilə alacaq. Türkmənistan İrana qaz tədarük edəcək, Türkiyə isə onu İran-Türkiyə sərhədindəki Gürbulak keçid məntəqəsindən alacaq.

Nazirin sözlərinə görə, uzunmüddətli perspektivdə Xəzər dənizinin dibi ilə boru kəmərinin çəkilməsi məqsədəuyğun olardı.

Bu, həm Türkiyəyə, həm də Avropaya əhəmiyyətli dərəcədə böyük həcmdə qaz tədarük etməyə imkan verəcək.

Türkiyə ildə 50 milyard kubmetrdən çox qaz istehlak edir. O, Rusiya, Azərbaycan və İrandan boru kəməri qazının tədarükünə, eləcə də müxtəlif təchizatçılardan mayeləşdirilmiş təbii qaz idxalına əsaslanır.

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Fevral 2025 01:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri