Putinin əl sıxdığı şəxs öldürüldü FOTO
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukraynada döyüşlərində iştirak edən Rusiya Qəhrəmanı Naran Oçir-Qoryayev həlak olub.
Modern.az xəbər verir ki, Kalmıkiya əsilli baş leytenant Naran Oçir-Qoryayevin ölümü region rəhbəri Batu Hasikov tərəfindən təsdiqlənib.
Məlumata görə, Oçir-Qoryayev 2025-ci ilin dekabrında Putinin "Birbaşa xətt" proqramında bir neçə dəfə çıxış edib və Donetsk vilayətində yerləşən Seversk şəhərinin ələ keçirilməsi barədə Rusiya prezidentinə məruzə ilə yadda qalıb. Bundan sonra o, "Rusiya Qəhrəmanı" adına layiq görülüb.
Rusiya mənbələri hərbçinin döyüş tapşırığını yerinə yetirərkən həlak olduğunu bildirsələr də, ölümünün dəqiq şəraiti açıqlanmayıb.
Ukrayna mənbələri isə Oçir-Qoryayevin pilotsuz uçuş aparatlarının zərbəsi nəticəsində məhv edildiyini iddia edir. Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi ("Madyar") bununla bağlı videogörüntülər yayımlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 11 İyun 2026 19:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















