Icma.az
close
up
RU
Putinin əlaltısı Ramzan Kadırov çeçenlərə necə XƏYANƏT EDİB...

Putinin əlaltısı Ramzan Kadırov çeçenlərə necə XƏYANƏT EDİB...

Icma.az, Modern.az saytına istinadən bildirir.

Çeçenistanın rəhbəri Ramzan Kadırov qalmaqallı imici ilə tez-tez gündəmdə olur. Bu günlərdə o yenə müzakirə mərkəzinə düşüb. Sosial şəbəkələrdə Kadırovu Azərbaycan təyyarəsinin Çeçenistan üzərində uçarkən vurulmasına görə ittiham ediblər və bu da onu özündən çıxarıb. Çeçenistan Respublikasına rəhbərlik edən şəxs azərbaycanlıları hədələyib.
Əslində ittiham səsləndirənlərin əsası var: Ramzan Kadırov özünün təhlükəsizlik şurasının katibi, bacısı oğlu Həmzət Kadırova 25 dekabr 2024-cü il tarixdə Çeçenistan üzərində bütün hava hədəflərini vurduğuna görə "Çeçenistan qarşısında xidmətlərinə görə" medalı verib. Həmin gün Çeçenistan səmasında vurulan hədəflərdən biri də Azərbaycana məxsus “Embraer 190” təyyarəsi idi. Yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi böyük dərəcədə zədələnib. Bakı-Qroznı reysini yerinə yetirən həmin təyyarənin göyərtəsində isə ümumilikdə 67 mülki şəxs vardı.
Fakt ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə alıb və idarəetməni demək olar ki, itirib. Bu azmış kimi, Azərbaycan təyyarəsi radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınıb, onu Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau şəhərinə yönəldiblər.
Təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərib? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli oldu? Bütün suallara yəqin ki, təyyarənin “qara qutusu” cavab verəcək.
Bəziləri hesab edir ki, təyyarə bilərəkdən yerdəki xidmət tərəfindən, Qroznı tərəfindən Aktauya göndərilib, çünki təyyarə artıq idarəolunmaz vəziyyətdə idi və ehtimal böyük idi ki, təyyarə dənizə düşəcək. Belə olan halda, ört-basdır cəhdləri uğurla nəticələnəcək və dırnaqarası quş versiyası əsas versiya kimi təqdim ediləcək.
Rusiya tərəfi, o cümlədən Çeçenistan rəhbərliyi öz günahını etiraf etmək, vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək əvəzinə, məsələni ört-basdır etmək yolunu seçdi.
Bu təyyarə olayı başda Rusiya prezidenti Vladimir Putinlə olmaqla, Çeçenistan rəhbəri  Ramzan Kadırovu ittiham etməyə əsas verir.
Ramzan Kadırov bütün dünyada Vladimir Putinin əlaltısı kimi “şöhrət” qazanıb.
O, Çeçenistanın ilk prezidenti olmuş Əhməd Kadırovun oğludur. Atasının ölümündən müəyyən müddət keçdikdən sonra Çeçenistan rəhbəri postuna gətirilib.
Ramzan Kadırov 5 oktyabr 1976-cı ildə Çeçenistanda anadan olub. Onun atası Əhməd Kadırov 2003-cü ilin 5 oktyabrından 2004-cü ilin mayın 9-a kimi Çeçenistan Respublikasının prezidenti olub. İkinci Çeçenistan müharibəsindən sonra isə Federal hökumətin – Rusiyanın tərəfinə keçib.

Əhməd Kadırovun öz xalqına xəyanəti bağışlanmayıb. Belə ki, 2004-cü ildə o, üsyançı çeçenlərin bombalı sui-qəsdi nəticəsində öldürülüb. 

Ramzan Kadırov prezident Vladimir Putinin dəstəyi ilə 2007-ci ildən Çeçenistan Respublikasının rəhbəri postunda əyləşib. 
Ramzan da atası Əhməd Kadırovla birlikdə Birinci Rusiya-Çeçen müharibəsində ruslara qarşı müqavimət göstərib, İkinci Rus-Çeçen müharibəsində isə rusların tərəfinə keçib. Bununla da o, atası kimi öz xalqını ruslara satan, ona xəyanət edən rəhbər imici qazanıb.
O vaxtdan bəri Rusiya liderinin qatı tərəfdarı rolunda çıxış edən Ramzan Kadırov 2004-cü ildə prezident Vladimir Putin tərəfindən “Rusiya Federasiyası Qəhrəmanı” adına layiq görülüb. 
Ramzan Kadırov Medni Kadırova adlı qadınla ilə evlidir. Bu cütlüyün 12 övladından 10-u (4 oğlan, 6 qız)  doğma, 2-si götürülmədir. Ramzan Kadırov 2007-ci ildə kimsəsiz uşaq evindən iki uşağı rəsmi olaraq oğulluğa qəbul edib. Kadırov 7 dəfə sui-qəsdə məruz qalıb, amma hamısından sağ çıxıb. 

R.Kadırov Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə sərt mövqe sərgiləyir. O dəfələrlə çıxışlarında çeçen döyüşçülərin sonadək vuruşacağını, lazım gələrsə, özünün də savaşa qatılacağını bəyan edib. Rusiyanın Ukraynada apardığı ədalətsiz müharibəsini dəstəkləyən və bu yöndə canfəşanlıq edən Kadırov dünya ictimaiyyətinin də qəzəbinə tuş gəlib. Hətta onun öldürülməsi barədə fikirlər də səsləndirilib.

Ukrayna Ali Radasının keçmiş deputatı Yevgen Rıbçinski Çeçenistan rəhbəri Ramzan Kadırovu öldürən şəxsə pul mükafatı verəcəyini bildirib. Belə ki, Rıbçinski Kadırovu öldürəcək şəxsə ev və Kiyev yaxınlığında 40 sot torpaq söz verib. Bütün bunlara baxmayaraq, Kadırov Putinə dəstəyini davam etdirməkdə israrlıdır. 
R.Kadırov, həmçinin Qrıznının “Terek” futbol klubunun prezidentidir. 2017-ci ildən komanda onun atasının şərəfinə “Axmat” adını daşıyır.
“Çeçenistan Rusiyada adi dünyəvi qanunların işləmədiyi bölgəyə dönüb. Muxtar respublika demək olar ki, Kadırov və klanının malikanəsinə çevrilib”.

Bunu bir müddət öncə Rusiyada korrupsiya faktlarının ifşa edilməsi üzrə tanınmış “Proyekt” saytı çeçen lider və ailəsi ilə bağlı yazmışdı. Yazıda Ramzan Kadırovun rəsmi qeydiyyatda sadəcə bir arvadının olmasına rəğmən, şəriətlə özünə 2 və ya 3 qadın aldığı bildirilib.

Ramzan Kadırovun sərvəti haqqında isə qeyd olunur ki, bu tükənməzdir...
Ramzan Kadırov bu gün sadə çeçenlər arasında öz xalqını böyük fəlakətə düçar edən adam kimi tanınır. Rusiyaya sədaqət andı içən Kadırov sadə xalq tərəfindən çoxdan sevilmir, əksinə ona nifrət edilir...
A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Dekabr 2024 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri