Icma.az
close
up
RU
Putinin əsas elçisi Vaşinqtona gedir Dmitriyev Uitkoffla nəyi müzakirə edəcək?

Putinin əsas elçisi Vaşinqtona gedir Dmitriyev Uitkoffla nəyi müzakirə edəcək?

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-Rusiya danışıqlarının açar fiquru və Vladimir Putinin əsas elçisi sayılan Kirill Dmitriyev Vaşinqtona səfər edəcək.

“AzPolitika” xəbər verir ki, CNN-in öz mənbələrinə istinadla yaydığı məlumata görə, Putinin əsas müzakirəçisi olan Dmitriyev bu həftə Vaşinqtona gedəcək. Onun Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşəcəyi bildirilir. Bunun üçün Dmitriyevin üzərindəki sanksiyalar götürüləcək.

Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, Putinin investisiya və iqtisadiyyat üzrə xüsusi elçisi (Həmçinin, Putinin qızının rəfiqəsinin əri olan) Kirill Dmitriyev özü də mətbuatda yayılan bu xəbəri dolayısı ilə təsdiqləyib. Bu barədə “X” sosial şəbəkəsində paylaşım edən Dmitriyev yayılan xəbərə birbaşa cavab verməkdən yayınıb, lakin bu səfərin baş tutacağına eyham vurub.

CNN qeyd edib ki, Kirill Dmitriyevin səfəri çərçivəsində Stiv Uitkoffla iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə dair danışıqlar aparılacağı və Ukrayna müharibəsinin bitirilməsi məsələsinin müzakirə ediləcəyi gözlənilir.

Xüsusi qeyd etmək lazımdır ki, bu, Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğalının başlanmasından sonra yüksək rütbəli rusiyalı məmurun Vaşinqtona ilk səfəri olacaq. CNN qeyd edib ki, bu səfər Donald Trampın Ağ Evə qayıtmasından sonra iki ölkə arasında münasibətlərin istiləşməsinin növbəti sübutu olmalıdır.

Dmitriyev 2022-ci ildən ABŞ-nin sanksiyaları altındadır. Dövlət Departamentinin ona viza verməsi üçün Amerika hökuməti Dmitriyevə qoyulan məhdudiyyətləri müvəqqəti olaraq aradan qaldırıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Aprel 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri