Putinin güvəndiyi alman siyasətçi Moskvada: Diqqətlər bu görüşdə
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Prezidenti Vladimir Putin Almaniyanın sabiq kansleri Gerhard Şröder ilə Kremldə görüş keçirib.
"Cebheinfo.az" xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov görüşün təkbətək və dostyana bir atmosferdə keçdiyini bildirib.
Uşakov "Təfərrüatları bilmirəm" ifadələrini işlədib. Rusiya lideri daha əvvəl, mayın 9-da etdiyi açıqlamada Gerhard Şröderi Avropa İttifaqının (Aİ) Rusiya ilə apara biləcəyi mümkün danışıqlarda ən uyğun namizəd kimi dəyərləndirdiyini qeyd etmişdi. Lakin Almaniya hökuməti və Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Kaya Kallas bu ideyanı rədd etmişdi.
"Die Zeit" jurnalının yaydığı xəbərə görə, Almaniya hökuməti son bir neçə həftə ərzində Rusiya ilə mümkün danışıqlara hazırlaşıb.
Bu məlumatlar Putinlə Şröder arasındakı Kreml görüşünün dərhal ardınca gündəmə gəlib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 06 İyun 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















