Putinin hədiyyəsi olan sülh pişiyi öldü Foto
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putinin yaponiyalı qubernatora hədiyyə etdiyi “Mir (Sülh)” pişiyi ölüb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Yaponiyanın şimal-şərqindəki Akita ştatının qubernatorluğu məlumat yayıb.
Putinin 2013-cü ildə qubernator Satake Norihisaya hədiyyə olaraq göndərdiyi erkək Sibir pişiyinin öldüyü bildirilib.
Pişiyə qulluq edən qubernator "Mir"in foto və videolarını hər il Yaponiyada "22 fevral Milli Pişik Günü"ndə sosial şəbəkədə paylaşırdı.
Qeyd edək ki, Akita qubernatorluğu 2011-ci ildə Yaponiyada baş verən zəlzələdən sonra Rusiyanın bölgəyə göstərdiyi dəstəyə təşəkkür etmək üçün itləri sevdiyinə görə, Putinə "Akita" iti hədiyyə edib.
2022-ci ilin martından sonra Rusiya-Ukrayna böhranı başlayanda Satake o zaman demişdi ki, Rusiya liderindən fərqli olaraq, Mir çox mehriban və mülayimdir.
Billurə Yunus


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 06 Dekabr 2024 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















