Putinin helikopterinə PUA hücumu olub Təfərrüatlar açıqlandı
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Prezidenti Vladimir Putin 20 may tarixində Kursk şəhərinə səfər edən zaman onun olduğu helikopter Ukrayna mənşəli pilotsuz uçuş aparatlarının hədəfi olub.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya hava hücumundan müdafiə birliyinin komandiri Yuri Daşkin “TASS” nəşrinə müsahibəsində bildirib.
O, qeyd edib ki, Putinin helikopteri genişmiqyaslı PUA hücumunun mərkəzində olduğunu, lakin bütün Ukrayna PUA- larının məhv edildiyini vurğulayıb.
“Hava hücumundan müdafiə sistemlərinin müdaxiləsi ilə prezident helikopterinin təhlükəsizliyi təmin olunub”, - deyə Daşkin bildirib.
Qeyd edək ki, Kreml Putinin Kursk səfərini təsdiqləyib. Səfər Rusiyanın bölgəni tam nəzarətə aldığını elan etməsindən qısa müddət sonra baş tutub. “TASS”-ın məlumatına görə, səfər zamanı Putin yerli könüllülər, bələdiyyə rəsmiləri və bölgənin nümayəndə qubernatoru Aleksandr Xinşteynlə görüşüb.
Xatırladaq ki, Putinin döyüş xəttinə yaxın bölgələrə səfəri nadir hallarda baş verir və o, ictimai tədbirlərdə belə fiziki məsafəni qoruması ilə tanınır.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 26 May 2025 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















