“Putinin iqamətgahına hücum edildiyinə inanmıram”
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki dövlət iqamətgahına dronlarla hücum etməsi versiyasına inanmıram”.
“Qafqazinfo” “Daily Tribune” nəşrinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Floridadan Vaşinqtona uçarkən təyyarədə jurnalistlərə bildirib.
KİV nümayəndələri ondan şəxsən Putindən aldığı bu xəbəri İsrailin Baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransı zamanı niyə açıqladığını maraqlanıblar.
“Çünki həmin vaxt bu barədə heç kim bilmirdi. Yəni mən bu barədə ilk dəfə eşidirdim... O, evinin hücuma məruz qaldığını dedi. İndi biz bunu yoxlaya bildikdən sonra belə bir hadisənin baş verdiyinə inanmırıq. Ancaq həmin vaxt biz bu barədə ilk dəfə idi eşidirdik”, - Tramp cavabında deyib.
Xatırladaq ki, daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov dekabrın 29-na keçən gecə Kiyevin Rusiya Prezidentinin Novqorod vilayətindəki dövlət iqamətgahına 91 PUA-dan istifadə edərək hücum etdiyini bildirmişdi. Ukrayna Prezidenti Volodimir Zelenski isə bunu yalan adlandırmış və Rusiyanın Kiyevdə hökumət binalarına hücumlar üçün zəmin hazırladığını söyləmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 05 Yanvar 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















