Putinin iqamətgahına hücumun arxasında başqa ölkə dayanır Yeni iddia
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki dövlət iqamətgahına dron hücumunun arxasında duran yeganə ölkə Ukrayna deyildi”.
Globalinfo.az xəbər verir ki, bu barədə “L’AntiDiplomatico” nəşri məlumat yayıb.
Bildirilib ki, Ukrayna Prezidenti Volodimir Zelenski buna təkbaşına qərar verməyib.
“Ən azı onun Böyük Britaniyadakı əsas tərəfdarı bunu təsdiqləyib. Kiyev Londonun razılığı olmadan hücum təşkil etməyə cəsarət etməzdi”, – deyə nəşr əlavə edib.
Bundan əvvəl isə sözügedən hücumun reallığı sual altına alınmışdı. ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker qeyd etmişdi ki, indiki zamanda Ukrayna belə addıma cəhd etməz, çünki bu, ehtiyatsız davranış olar.
Xatırladaq ki, dekabrın 29-da Novqorod vilayətində Putinin iqamətgahına pilotsuz təyyarələrlə hücum edilib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə 91 pilotsuz təyyarə məhv edilib. Lakin Volodimir Zelenski Kiyevin hücumda iştirakını etiraf etməyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Ukraynanın hərəkətlərinin cavabsız qalmayacağını deyib. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kiyevin Putinin iqamətgahına hücumundan sonra Moskvanın danışıqlar mövqeyi daha da sərtləşəcək.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 31 Dekabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















