Icma.az
close
up
RU
Putinin istədiyi olmadı: Tramp amerikalılara bu sözləri deyəcək, ruslar isə...

Putinin istədiyi olmadı: Tramp amerikalılara bu sözləri deyəcək, ruslar isə...

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ və Rusiya liderləri arasında ötən gecə Alyaskada baş tutan görüş bir çox baxımdan diqqət çəkib. Donald Tramp və Vladimir Putin Ukrayna böhranı ilə yanaşı, ikitərəfli münasibətləri də müzakirə ediblər.

Moskva ilə Vaşinqton arasında iqtisadi, ticari və digər sahələrdə razılaşmalar əldə olunub. Liderlər Ukrayna ilə bağlı danışıqların da müsbət, konstruktiv keçdiyini bildirsələr də, əslində, heç bir nəticənin əldə olunmadığı deyilir. Ağ Ev və Kreml görüşü “tarixi” kimi təqdim etsə də, dünya mediası bunun sıradan və nəticəsiz olduğunu yazıb.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Alyaskadakı görüş nə “tarixi dönüş”, nə də “boş şou” idi:

“Putin görüşə hazır “reseptlə” gəlmişdi. Yəni Donetsk üzərində tam nəzarəti diplomatik yolla möhürlətmək istəyirdi. Döyüş meydanında tam əldə edə bilmədiyini, masa arxasında qazanmağa çalışırdı.

Trampın reaksiyası da çox maraqlıdır. Belə ki, o, klassik “razılaşma diplomatiyası”nı oynayır. Yəni yükü Avropaya və Kiyevə ötürüb, özünü prosesin katalizatoru kimi göstərir. Daxildə isə “mən Putini oturtdum, danışdırdım” görüntüsünü qoruyur.

Həmçinin oxuyun:

Ukraynada atəşkəs: Razılıq yolunda ilk addım

Prosesdə ən zəif həlqə Ukraynanadır. Masadan kənar qaldıqca, onun taleyi başqalarının qurduğu çərçivəyə sıxılır. Bu gün razılaşmanın əldə edilməməsinin səbəbi sadədir: status, təhlükəsizlik təminatları və sanksiyaların mexanikası üzrə “qırmızı xətlər” hələ bir-birinə toxunmur. Hər iki lider “irəliləyiş var” deyir, amma bu, daha çox auditoriyalara yönəlik siqnaldır. İcra mexanizmi olmayan siqnal isə siyasətdə əhəmiyyətsizdir”.


Qabil Hüseynli

Politoloq bildirib ki, yaxın perspektivdə “idarə olunan durğunluq” vəziyyəti müşahidə ediləcək:

“Yəni gərginliyin ritmi oynaq şəkildə azalacaq, amma siyasi status təxirə salınacaq. Moskva daxili auditoriya üçün “nəticə” narrativi quracaq, Vaşinqton “proses gedir” deyəcək, Kiyev isə real təhlükəsizlik təminatları və böyük maliyyə dividentləri olmadan hər hansı kompromisi cəmiyyətə qəbul etdirə bilməyəcək.

Düşünürəm ki, sülhün açarı kağızdakı imzada deyil, Avropanın həqiqi iradəsindədir. Alyaska görüşü yekun deyil, ölçü götürmə mərhələsidir. Putin nə əldə edə biləcəyini, Tramp nəyi sata biləcəyini yoxladı. Ukraynanın taleyi isə ancaq özünün masada faktiki çəkisi artdıqca qərarlaşa bilər. Bu baş verməsə, savaş “sərin sülh”ə çevriləcək və xəritə kağız üzərində dəyişməsə də, reallıqda heç kəs qalib olmayacaq”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Avqust 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri