Icma.az
close
up
RU
Putinin köməkçisi Bakıda: Bu razılaşma hər ölkədə yoxdur KONKRET

Putinin köməkçisi Bakıda: Bu razılaşma hər ölkədə yoxdur KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya və Azərbaycan Samur transsərhəd çayı üzərində iqlim layihəsi həyata keçirir.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qatılan Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi, iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycan və Rusiya arasında Samur çayının axını ilə bağlı razılaşmanın olması sayəsində mümkün olub:

“Samur transsərhəd çayı üzərində ətraf mühitin mühafizəsi istiqamətində hazırda strukturlaşdırma mərhələsində olan iqlim layihəsi həyata keçiririk. Bu çay ölkələrimizi ayırır və biz çayın məcrası boyunca iqlim layihəsini inkişaf etdirəcəyik. Bu, Azərbaycan və Rusiya arasında Samur çayının axını ilə bağlı razılaşmanın olması sayəsində mümkün olub. Ekoloji axın barədə dəqiq anlayış var – ekoloji axına əsaslanaraq su ehtiyatlarının istehlakını proqnozlaşdırmaq mümkündür. Belə razılaşma hər ölkədə yoxdur. Bizdə isə ideal şərait yaranıb və biz bu layihəni həyata keçirəcəyik”.

O bildirib ki, Samur çayındakı iqlim layihəsindən əlavə, Azərbaycan Rusiyanın karbon poliqonlarının yaradılması təcrübəsi ilə də maraqlanır.

“Bizdə də bu səriştələr var”, – deyə Rusiya prezidentinin köməkçisi qeyd edib.

Ruslan Edelgeriyev, bundan əlavə, səhralaşma və torpaqların deqradasiyası proseslərinə qarşı birgə mübarizəyə böyük tələbat olduğunu vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Noyabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see156

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see133

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri