Putinin kortejində ŞOK GÖRÜNTÜ: Zenit pulemyotlu pikap VİDEO
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az “The Moscow Times”ə istinadən xəbər verir ki, V.Putinin Vladivostoka səfəri zamanı onun kortejində zenit pulemyotu olan pikap da hərəkət edib.
Məlumata görə, Rusiya liderinin kortejinə pulemyotlu pikap daxil edib. Kreml sahibi səyahət üçün qapalı pandusdan istifadə etməyə başlayıb.
Bundan əlavə, Rusiya Prezidentinin marşrutu boyunca yollar bağlanıb, əraziyə hərbi qulluqçular, texnika yerləşdirilib. Yolların bağlanması şəhərdə tıxaclara səbəb olub.
Dövlət başçılarının kortejində belə bir silahlı nəqliyyat vasitəsinin olması olduqca qeyri-adi mənzərədir. Bir sıra nəşrlər pulemyotlu pikapın V.Putinin kortejini mümkün dronlardan qorunmaq üçün nəzərdə tutulduğunu irəli sürür. Lakin rəsmi mənbələrdən nəqliyyat vasitəsinin konkret vəzifəsi ilə bağlı heç bir təsdiq dərc olunmayıb.
Hərbi ekspert Devid Şarpın fikrincə, Rusiya liderinin qapalı pandusdan istifadə etməsi gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə bağlı ola bilər. Əgər baryer güllə keçirməyən şüşədən hazırlanarsa, bu, V.Putinin xüsusilə təyyarə ilə yer arasındakı ərazidə əlavə qorunmasını təmin edə bilər.
“Financial Times”ın məlumatına görə, Rusiya Prezidentinin təhlükəsizliyi yazdan bəri xeyli gücləndirilib. Nəşrin mənbələri iddia edir ki, V.Putin mümkün sui-qəsd cəhdləri və ya dövlət çevrilişi cəhdi ilə bağlı narahatlıqlar səbəbindən yeraltı bunkerlərdə daha çox vaxt keçirir.
May ayında ilk dəfə onun kortejində pulemyotçu oturacağı olan zirehli maşın və elektron müharibə sistemi olan maşın görülüb. Rusiya prezidentinin səfəri zamanı hava məkanını helikopter izləyib.
Rusiya və Moskvada aktiv dron hücumları fonunda təhlükəsizlik tədbirləri daha da sərtləşdirilib. Kremlə yaxın mənbənin sözlərinə görə, prezident kortejləri bəzən paytaxtdan Putinin özü olmadan keçir ki, potensial hücumçuları onun əsl yeri barədə çaşdırsınlar.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 03 Sentyabr 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















