Icma.az
close
up
RU
Putinin mətbuat konfransındakı o BİR cümləsi... Azərbaycan da işini bildi

Putinin mətbuat konfransındakı o BİR cümləsi... Azərbaycan da işini bildi

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Avropaya ilginc ismarış göndərib. O, Kremlin Avropa ölkələrinə mümkün hərbi planları ilə bağlı xəbərdarlıq edib.

Kifayət qədər məlumatlı şəxslərdən sayılan Budanov deyib ki, Moskva əvvəlcə NATO ölkələrinə birbaşa təcavüzü 2030-cu ilə planlaşdırsa da, sonradan bu planları yenidən nəzərdən keçirib və hücum tarixini 2027-ci ilə çəkib.

Kəşfiyyat rəhbərinin sözlərinə görə, ehtimal olunan ilk hədəflər Baltikyanı ölkələr – NATO üzvü olan Litva, Latviya və Estoniya olacaq. Rusiya onlara qarşı birbaşa hərbi əməliyyatlara başlaya bilər. Budanov həmçinin əlavə edib ki, Kremlin strategiyası tammiqyaslı işğaldan daha çox regionda qorxu və qeyri-sabitlik yaratmağa yönəlib...

Xatırladaq ki, ötən həftə Vladimir Putin Rusiyanın Avropaya hücuma hazırlaşmadığını bəyan edib, bunu “mif” adlandırıb. Gəl ki, Avropaya, onun aparıcı dövləti Almaniyaya bu inandırıcı gəlmir. Onlar tarixin acı təcrübısini nəzərə alıb işlərini möhkəm tutmaq istəyirlər. Rusiya ilə mümkün müharibəyə hazırlaşır, hərbi büdcələrinin ilbəil artırır, silahlı qüvvələrini və hərbi sənaye komplekslərini təzədən böyütmək planları qururlar.

Təlaşlarında isə haqsız sayılmazlar. Ona görə ki, Rusiya hələ də ayaq üstdə dayanan sonuncu və ən böyük şər imperiyası. Təhlükəli ayı...

Belə bir aforizm var: “Nə səndən qorxan adamı, nə də sənin qorxduğun adamı sevə bilərsən”. Sirr deyil ki, Avropada Rusiyanı heç vaxt sevməyiblər (Harda sevirlər ki). Səbəb də Kreml və onun rəhbərləri olub. Tarix boyu bu dövləti başqalarının ona hüsn-rəğbəti yox, ondan xoflanması maraqlandırıb. Çünki yalnız özünü sevib. Digər xalqlara yuxarıdan aşağı baxıb. Eyni səbəbdən Rusiya həmişə dost-müttəfiqi faktiki olmayıb. Ya düşməni olub, ya da vassalı.

Üstəgəl, Rusiyanın təbii resursları tərs kimi, bitməz-tükənməz. Belə bir dövlətdən qorunmaq üçün həqiqətən etibarlı, ikili-üçlü zəmanət mexanizmlərinə ehtiyac var. Bunu Putinin dünənki mətbuat konfransı bir daha təsdiqlədi.

Kreml rəhbəri orada açıq şəkildə bildirdi ki, Ukraynadakı işğala, qırğına görə günahkar Rusiya yox, Qərbdir, Ukraynanın özüdür və Moskva buna görə heç bir məsuliyyət daşımır. Bəs kim daşıyır? Məgər işğalçı müharibəni Putin başlamayıb?

Demək ki, Rusiya Ukraynada hədəflərinə çatarsa, ardınca üzdəniraq “xüsusi hərbi əməliyyat”lar başqa, “özünü yaxşı aparmayan” ölkələrə qarşı da aparıla bilər. Təbii ki, yenə də heç bir cavabdehlik hissi filan keçirmədən...

Məsələ ondadır ki, əgər bir şəxs törətdiyi əməlin təhlükəlilik dərəcəsini, məsuliyyətini dərk və qəbul etmirsə, deməli, onun psixoloji problemi var. Bu tibbi testdir. Konkret halda maniakal bir davranış ortada. Yəni necə ki, anlaqsız fərd öz hərəkətlərinin cavabdehliyini inkar və rədd edir, bir növ Rusiya da elə. Bəs o zaman çarə nədir?

Çarə, çıxış yolu - məcburi “müalicə” və cəmiyyətdən, dünyadan təcriddir. Bu mənada Ukraynanın üzləşdiyi işğalçı müharibənin dünya üçün, özəlliklə qonşular, o sırada Azərbaycan üçün yeganə müsbət dərsi budur ki, bəşəriyyət gerçək Rusiyanı, onun təcavüzkar və şovinist mahiyyətini bir daha tanımış oldu.

Yəni diaqnoz artıq qoyulub. Qalır, ətrafa təhlükə saçan xəstəliyin effektli müalicəsi...

Analitik xidmət,
Musavat.com

Share

Tweet

Email

Share

Share

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Dekabr 2025 00:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see354

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see224

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see208

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see206

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see202

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see191

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see184

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see183

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see174

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see169

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see164

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see147

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see142

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri