Putinin müharibədə əsas üstünlüyü nədir? VACİB NÜANS KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya-Ukrayna müharibəsinin nə vaxt başa çatacağı ilə bağlı suallar yenidən gündəmə gəlib. Diplomatik səylərə baxmayaraq, tərəflər arasında ciddi fikir ayrılıqlarının qalması münaqişənin yaxın aylarda sona çatacağı ilə bağlı qeyri-müəyyənliyi artırır. Bəs müharibənin 2026-cı ilin sonunadək başa çatması mümkündürmü, yoxsa döyüşlər 2027-ci ildə də davam edəcək? Sülhə gedən yolda hansı maneələr var?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, bu, Qərbin Ukraynaya dəstək verməsindən asılı olacaq:
“Əgər başda Amerika olmaqla Qərb Ukraynaya dəstəyi davam etsə, raket və dron texnologiyalarını Kiyevlə bölüşsə, o zaman irəliləyiş və dönüş mümkündür. Bu savaşı hazırda dron müharibəsi də adlandırmaq olar. Çünki tərəflər bir-birilərinin ərazilərinə dron zərbələri endirirlər və cəbhə xəttində olmayan torpaqları vururlar. Bir-birilərini iqtisadi cəhətdən çökdürməyə çalışırlar. Bu məsələdə şanslı tərəf Rusiyadır. Çünki Rusiyanın neft-qaz sektoru mövcuddur və özü-özünü dolandıra bilir. Amma Ukrayna Rusiyadan ərazi və əhali baxımdan balaca ölkədir. Odur ki, Qərb Ukraynaya dəstəyini davam etsə, bu müharibə uzanacaq. Əgər Ukraynanın “nəfəsi kəsilsə”, bu halda Rusiya uğur qazanacaq. Belə vəziyyətdə isə Ukraynanın müharibəni dayandırmağa məcbur edilməsi mümkündür. Amma hələlik Britaniya Rusiyanı zəiflətməklə məşğuldur və Ukraynaya dəstək verir. Ona görə də, hələ ki, Ukraynanın savaşda “sağ qalmaq” şansı var”.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 12 Oktyabr 2026 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















