Icma.az
close
up
RU
Putinin növbəti hədəfi keçmiş Sovet ölkələridir ŞOK İDDİA

Putinin növbəti hədəfi keçmiş Sovet ölkələridir ŞOK İDDİA

Icma.az, Modern.az saytına istinadən bildirir.

Rusiyanın prezidenti Vladimir Putinin Ukraynanın bütün ərazisini ələ keçirməyi planlaşdırır.

Modern.az xəbər verir ki, ABŞ kəşfiyyatı belə qənaətə gəlib. Məlumatı "Reuters" agentliyi altı mənbəyə istinadən yayıb.

Ancaq Putin bununla kifayətlənmək istəmir. Kəşfiyyat Putinin vaxtilə Sovet imperiyasına məxsus olmuş Avropanın bəzi hissələrini yenidən nəzarətə götürməyi hədəflədiyi qənaətindədir.

Məlumata görə, ABŞ xüsusi xidmət orqanlarının hesabatları ABŞ prezidenti Donald Tramp və onun Ukrayna üzrə sülh danışıqlarını aparan komandası tərəfindən səsləndirilən mövqedən ciddi şəkildə fərqlənir. Tramp administrasiyasının nümayəndələri Vladimir Putinin münaqişəni bitirmək istədiyini iddia etsə də, kəşfiyyat məlumatları bunun əksini göstərir.

"Reuters"in mənbələrindən biri bildirib ki, bu hesabatlardan ən sonuncusu ötən ilin sentyabr ayının sonlarına aiddir və orada Putinin Avropa üçün təhlükə olmadığına dair iddiaları da təkzib olunur.

ABŞ kəşfiyyatının qiymətləndirmələri Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı müharibəyə başlamasından bəri dəyişməz qalır. Mənbələrin bildirdiyinə görə, bu nəticələr Avropa liderləri və Avropa kəşfiyyat qurumlarının mövqeyi ilə də üst-üstə düşür. Onlar Rusiyanın yalnız Ukrayna ilə kifayətlənməyərək keçmiş sovet respublikalarının ərazilərinə, o cümlədən NATO üzvü olan ölkələrə də iddia edə biləcəyini düşünürlər.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin demokrat üzvü Mayk Kvikli Reuters-ə açıqlamasında “Kəşfiyyat həmişə Putinin daha artığını istədiyini deyib” ifadəsini işlədib. Onun sözlərinə görə, Avropa ölkələri bu təhlükəyə tam əmindir, Polşa bu məsələdə xüsusilə qəti mövqedədir, Baltik ölkələri isə özlərinin növbəti hədəf ola biləcəyindən narahatdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Dekabr 2025 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see312

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see291

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see225

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see165

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see161

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see154

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri