Icma.az
close
up
RU
Putinin nümayəndəsi ABŞ də pis qarşılanıb Ağ Ev Kirill Dmitriyevi “rus təbliğatçısı” adlandırdı

Putinin nümayəndəsi ABŞ də pis qarşılanıb Ağ Ev Kirill Dmitriyevi “rus təbliğatçısı” adlandırdı

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RFPI) rəhbəri və Prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ-yə səfəri barədə məlumat yayıb.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, onun Vaşinqtona səfəri ABŞ-nin Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirdiyi və Prezident Donald Trampın Vladimir Putinlə görüşməkdən imtina etdiyi bir dövrə təsadüf edir. Tramp bildirmişdi ki, Rusiya lideri ilə görüş yalnız Ukrayna üzrə ilkin sülh razılaşmaları əldə ediləndən sonra mümkündür.

Dmitriyev açıqlamasında bildirib ki, Rusiya nümayəndə heyəti artıq üç gündür ABŞ-də səfərdədir və orada Putinin Rusiyaya təzyiqin mənasız olması barədə mövqeyini çatdırır. “Biz Rusiya ilə ABŞ arasında dialoqu pozmaq üçün titanik səylər görürük”, – deyə o bildirib, lakin bu səylərin kim tərəfindən göstərildiyini açıqlamayıb.

Rusiya nümayəndəsi həmçinin ABŞ administrasiyası təmsilçilərinə Putinlə Rusiya Baş Qərargahı rəhbərliyinin son görüşü barədə məlumat verdiyini söyləyib. Onun sözlərinə görə, görüşdə “Burevestnik” qanadlı raketinin uğurlu sınaqları və Ukrayna ordusunun Kupyansk istiqamətində mühasirəyə alınması ilə bağlı bəyanatlar səsləndirilib.

Dmitriyev əlavə edib ki, ABŞ rəsmilərinə “Ukrayna münaqişəsinin yalnız onun ilkin səbəbləri aradan qaldırıldıqdan sonra həll oluna biləcəyi” barədə Kremlin rəsmi mövqeyini də çatdırıb. Moskva bu “ilkin səbəblər” kimi NATO-nun genişlənməsini və Ukraynanın Alyansa qoşulmaq istəyini göstərir. O həmçinin Rusiyanın iqtisadi vəziyyətinin “sabit və güclü” olduğunu iddia edib.

Dmitriyevin sözlərinə görə, yaxın vaxtlarda ABŞ Konqresi üzvləri ilə Rusiya Dövlət Duması nümayəndələrinin görüşü planlaşdırılır. O, səfər çərçivəsində Konqres üzvü Anna Paulina Luna ilə görüşdüyünü də təsdiqləyib. Luna Ukrayna müharibəsi ilə bağlı tez-tez Moskvanın mövqeyini təkrarlayan açıqlamalar verir. Qeyd olunur ki, bir müddət əvvəl Rusiya səfirliyi ona Prezident Con Kennedinin qətli ilə bağlı sovet arxivlərindən sənədlər təqdim edib.

Dmitriyev ABŞ-də başqa kimlərlə görüşdüyünü açıqlamayıb. KİV-də yayılan məlumata görə, onun ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşü də planlaşdırılmışdı, lakin bu görüşün baş tutub-tutmadığı barədə məlumat yoxdur.

Ağ Ev Dmitriyevin səfəri və görüşləri barədə rəsmi şərh verməyib. ABŞ-nin maliyyə naziri Skott Bessent isə rus nümayəndəni “Kremlin təbliğatçısı” adlandırıb. CBS News-a müsahibəsində Bessent Dmitriyevin “ABŞ sanksiyaları Rusiyaya təsir etməyəcək” fikrini şərh edərkən deyib: “Siz doğrudanmı rus təbliğatçısının dediklərini dərc etməyi düşünürsünüz? O, başqa nə deyə bilərdi ki?”

Bessentin sözlərinə görə, Rusiya iqtisadiyyatı hazırda faktiki olaraq hərbi iqtisadiyyat vəziyyətindədir, iqtisadi artım sıfıra bərabər, inflyasiya isə 20 faizdən yüksəkdir. Nazir əlavə edib ki, Dmitriyev bu reallığı etiraf edə bilməzdi, “çünki Moskvada onu belə başa düşməzlərdi”.

Səfərin maraqlı detalı kimi Dmitriyev sosial şəbəkələrdə ABŞ rəsmilərinə Vladimir Putinin sitatları yazılmış şokolad konfetləri hədiyyə etdiyini də bildirib. Mətbuatda yazılır ki, həmin konfetlərin üzərində “Rusiyanın sərhədləri heç yerdə bitmir” və “Diş azaldıqca, sıyığa sevgi artır” kimi ifadələr yer alıb. Rusiya mediasının məlumatına görə, bu paylaşımın ardından konfetlər ölkə daxilində onlayn platformalarda tam satılıb. 

Rasim

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Oktyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri