Putinin nümayəndəsi də Trampın andiçməsində olacaq?
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasimində Rusiyanın xüsusi nümayəndələri iştirak etməyəcək, çünki tədbirə Vaşinqtonda akkreditə olunmuş səfirlərdən başqa xarici nümayəndə heyətlərinin dəvət edilməsi nəzərdə tutulmur.
Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
1998-2008-ci illərdə Rusiyanın ABŞ-dakı səfiri olmuş Uşakov deyib: “Vaşinqtonda akkreditə olunmuş səfirlər istisna olmaqla, andiçmə mərasiminə xarici nümayəndə heyətlərinin dəvət edilməsi ilə bağlı heç bir şərt yoxdur”.
“Əgər kimsə deyirsə ki, mən inauqurasiyaya gedirəm, deməli, o, mərasimin özünə deyil, inauqurasiya ilə bağlı kütləvi şəkildə keçirilən müxtəlif protokol tədbirlərinə gedir”, - deyə prezidentin köməkçisi izah edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 28 Noyabr 2024 09:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















