Icma.az
close
up
RU
“Putinin, Peskovun dediklərini təhlil etmək lazımdır”

“Putinin, Peskovun dediklərini təhlil etmək lazımdır”

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə gərginlik ab-havası hələ də özünü göstərməkdədir. Şanxay Əməkdaşlıq Təşkilatında Rusiya və Azərbaycan liderlərinin ikitərəfli görüşməməsi bunun əyani təzahürüdür. Analitiklərin fikrincə, görüşə hazır olmayan tərəf Rusiyadır. Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında münasibətlərdən ilk dəfə danışıb.

"Mövcud vəziyyətə əsaslanan münasibətlərdə həmişə suallar olur, problemlər var, amma bu gün biz prezident İlham Əliyevi salamladıq, bir neçə kəlmə danışdıq, fundamental münasibətlər, qarşılıqlı maraq hər şeyi öz yerinə qoyacaq", - deyə Putin qeyd edib. 

Modern.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, iki ölkə arasında siyasi münasibətlər təyyarə qəzasından əvvəlki kimi olmayacaq: Dördpendirli pizza

“Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Həştərxanda görüşüb. Azərbyacan tərəfindən hər hasnı bir şərh görməmişəm, lakin Rusiya tərəfi- Aleksey Overçuk iqtisadiyyat və nəqliyyat sahəsində əməkdaşlığın tam şəkildə davam etdiyini söyləyib. O cümlədən Rusiya Prezidenti də bu məsələyə toxunub. O ötən gün keçirdiyi mətbuat konfransında fundamental əlaqələr ifadəsini işlədib. Burada söhbət çox güman ki,  iqtisadiyyat, nəqliyyat sahəsindəki əməkdaşlıqdan getdiyini düşünürəm. Siyasi əlaqələr isə təyyarə qəzası ilə bağlı məsələylə əlaqədardır. Yəqin ki, Rusiya tərəfi həbs olunan vətəndaşlarının Azərbaycanın təhvil verməsi məsələsini qaldırır. Digər yandan  Azərbaycan da təyyarə qəzası ilə bağlı öz iradlarını bildirib, tələblərini dilə gətirir. Bunlar danışıqların mövzusudur. Münasibətlərdə yəqin ki, təyyarə qəzasından əvvəlki dövrə qayıtmayacağıq. Buna baxmayaraq, danışıqlar yolu ilə məsələlərdə irəliləyişlər ola bilər”.

Rusiyadan növbəti təhdidlərin gəlib-gəlməyəcəyi ilə bağlı suala isə sabiq nazir belə cavab verib:

“Mən belə başa düşürəm ki, Zatulin və Solovyevin dediklərini ciddi qəbul etmək lazım deyil. Prezident Putinin, onun sözçüsü Dmitri Peskovun və ya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın dediklərini diqqətə alıb, təhlil etmək lazımdır. Ona görə də bu istiqamətdə rəsmi olaraq sözçülər nə deyirlərsə, belə başa düşürəm ki, onlar da danışıqların mövzusudur. Çünki Aleksey Overçuk belə bir ifadə işlədib ki, Bakı və Moskva münasibətlərin normallaşmasında maraqlıdır və addımlar atılır, eləcə də  gündəlik Azərbaycan tərəfi ilə təmasdadırlar. Yəni bu danışıqların mövzusudur”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri