Icma.az
close
up
RU
Putinin qəzəbinə gələn azərbaycanlı milyarder: İsgəndər Xəlilov kimdir?

Putinin qəzəbinə gələn azərbaycanlı milyarder: İsgəndər Xəlilov kimdir?

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Rusiyada hədəfə alınan nüfuzlu biznesmen və milyarderlərdən biri də Azərbaycan əsilli oliqarx İsgəndər Xəlilovdur. Azərbaycanda doğulub-böyüyən və çoxşaxəli biznesə malik olan iş adamının Moskva-Bakı arasında son 1 aydır böyüyən gərginlik səbəbilə hədəfə çevrildiyi deyilir. Xəlilov Bakının mərkəzində yerləşən ilk böyük iş mərkəzinin sahibi olan iş adamı kimi yaddaşlarda qalıb və 1998-ci ildə “İSR Plaza”nın istifadəyə verməsi ilə xüsusilə tanınıb. İş adamı yalnız bu layihə ilə yox, həm də “Mister Tibot” və “Ramstor” kimi məşhur layihələrə sahib olması ilə tanınır. Bundan başqa, milyarder ilk vaxtlar “McDonalds” şəbəkəsinin də sahibi idi. Sonradan mülkiyyətin yenidən bölüşdürülməsi prosesində bəzi iri şirkətlər əlindən çıxdı.

Həmçinin, Xəlilovu 3 ölkədə “böyüyən sahibkar” da adlandırılır. Belə ki, 1995-ci ildə yaratdığı “İSR” Şirkətlər Qrupunun Azərbaycan, Rusiya, Türkiyə və İsveçrədə ofis və filialları fəaliyyət göstərir. Onun biznes imperiyasının əsas hissəsi Rusiyada yerləşsə də, oliqarxın Azərbaycandakı fəaliyyəti kifayət qədər gözə çarpır. “Hilton Baku Hotel”in sahibi kimi o bu mehmanxanaya ümumilikdə 140 milyon dollar vəsait yatırdığını açıqlayıb. Müsahibələrinin birində milyarder Azərbaycanda olan bir sıra obyektlərinin adını sadalayıb: “Hilton Bakı”, “Park İNN”, “Ramstore” hipermarketi, Bakı Əyləncə Mərkəzi, ISR-Plaza, “Mc.Donald’s”, “NİKOİL” bankı, “Nərgiz” Ticarət Mərkəzi, “Toyota Center”, Bakı Tikiş Fabriki, Neftçala Yod Zavodu, Zaqatalada fındıq, Göyçayda, Lənkəranda, Qubada, Əli Bayramlıda, Xaçmazda meyvə şirəsi zavodları…

Bu məlumatlar bir qədər köhnə ola bilər. İddialar var ki, İ.Xəlilovun nəzarətindəki iri obyektlər artıq əl dəyişib. Amma o, hələ də iqtisadi qüdrətini qoruyub saxlaya bilib.

İsgəndər Xəlilov 1955-ci il dekabrın 9-da Bakı şəhərində anadan olub. Kifayət qədər imkanlı ailədə böyüyüb. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, 1984-cü ildə isə Moskva Hüquq Akademiyasını bitirib. Bir müddət Bakı şəhərinin müəssisələrində ixtisası üzrə işləyib.

1988-ci ildən 1991-ci ilə qədər “LUKoyl” şirkəti prezidentinin məsləhətçisi olub. 1991-ci ildə “LUKoyl” – Azərbaycan” Neft Şirkətinin direktorlar şurasının sədri seçilib. 1996-cı ildən 2000-ci ilə qədər “LUKoyl”- Türkiyə” nümayəndəliyi İdarə Heyətinin rəhbəri vəzifəsini tutub.

İsgəndər Xəlilov nəyə görə Rusiyanın hədəfinə çevrildi? Putin hakimiyyəti azərbaycanlı milyarderləri nə üçün sıxışdırır?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Rusiya hakimiyyətinin bu ölkənin ərazisində yaşayan azərbaycanlıları hədəf almasının səbəbi olduqca sadədir:

Həmçinin oxuyun:

Rusiyada azərbaycanlı milyarderlərlə bağlı hökm verildi – Putinin “qara siyahısı”nda kimlər var?

“Rusiya Azərbaycanın müstəqil siyasət aparmasını, yeni reallıqlar yaratmasını və ərazi bütövlüyü ilə suverenliyini təmin etməsini qəbul edə bilmir. Digər dövlətlər kimi Azərbaycana qarşı da keçmiş imperiya ambisiyaları və təkəbbürü ilə yanaşır, habelə təzyiq göstərərək öz istəklərini qəbul etdirməyə çalışır. Lakin Azərbaycan buna müqavimət göstərir və müstəqil siyasətində hər hansı bir güzəşt etməyəcəyini açıq şəkildə bəyan edir. Bu səbəbdən, Rusiya tərəfindən təyyarəmizin vurulmasından sonra yaranan gərginlik fonunda, rəsmi Moskva ardıcıl olaraq təxribatçı addımlar atıb. Həmçinin, media məkanımıza kiber hücumların təşkil edilməsi, millət vəkilimizin Rusiyadan deportasiya olunması və son aylar azərbaycanlılara qarşı ciddi diskriminasiya siyasətinin həyata keçirildiyini müşahidə edirik”.

Oqtay Qasımov

Politoloq qeyd edib ki, ilk hədəf olaraq Rusiyada yaşayan və orada fəaliyyət göstərən böyük iş adamları seçilib:

“Rusiyada hesab edilir ki, məhz onların əmlaklarının ələ keçirilməsi vacibdir. Azərbaycan diasporasının önəmli üzvləri olan bu şəxslərin zəiflədilməsi, orada yaşayan 100 minlərlə insanın həyatına və onların hüquqlarına ciddi təsir göstərə bilər. Bunun gözdağı olaraq da dəyərləndirməsi də mümkündür. Rusiya hakimiyyətinin əsl mahiyyəti əksər hallarda kriminal xarakter daşıyır. Bu mənada 2000-ci illərin əvvəllərində yəhudi əsilli iş adamlarına qarşı həyata keçirilən repressiyalar və onların sıradan çıxarılması, əmlaklarının ələ keçirilməsi prosesi xatırlanmalıdır. Bunun ardınca, 2008-ci ildən sonra gürcülərə qarşı aparılan siyasət də yaxşı yadımızdadır. Hazırda isə azərbaycanlılar eyni diskriminasiya ilə üzləşirlər”.

O.Qasımov əlavə edib ki, hədəfdə yalnız İsgəndər Xəlilov deyil, digər Azərbaycan əsilli milyarderlər, böyük iş adamları və biznes şəbəkələrinin rəhbərləri də mövcuddur:

“Xatırlasaq ki, bir müddət öncə keçmiş Federasiya Şurasının sədri Sergey Mironovun Baş Prokurorluğa müraciətində də məhz iri kapital sahibi olan azərbaycanlıların hədəfə alınması ilə bağlı qeyd olunub. Yəni, Rusiya hakimiyyətinin mahiyyətindən doğan bir addım olaraq, oliqarxlara qarşı təzyiqlərin aparılması həmin oliqarxların Azərbaycan hakimiyyəti ilə münasibətlərini pozmağa yönəlib. Bu narazılıqdan istifadə edərək isə Rusiyanın Azərbaycana təzyiqi artırması mümkündür. Lakin hesab edirəm ki, bu planlar baş tutmayacaq, çünki Azərbaycanın Rusiyanın bu təxribatçı addımlarına qarşı müqavimət göstərmək və cavab vermək imkanları qalmaqdadır. Azərbaycanın güclü və müstəqil siyasəti, bu cür təzyiqlərə qarşı dayanıqlı olmasına şərait yaradır”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 İyul 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see181

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see137

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see134

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri