Putinin qızları bu tədbirə qatılacaq
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya Prezidenti Vladimir Putinin qızları Mariya Vorontsova və Katerina Tixonova ardıcıl üçüncü dəfə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edəcəklər.
Modern.az xəbər verir ki, forumun proqramına əsasən, hər iki şəxs iyunun 3-də keçiriləcək tədbirlərdə yer alacaq.
Məlumata görə, Mariya Vorontsova tibbdə peşə yönümləndirməsi və mentorluq mövzusuna həsr olunmuş paneldə moderator kimi şəxsən iştirak edəcək. Sessiyada tibb universiteti məzunlarının səhiyyə müəssisələrində məcburi işləməsini nəzərdə tutan qanun layihəsinin də müzakirə ediləcəyi bildirilir.
“İnnopraktika” şirkətinin baş direktoru Katerina Tixonova isə videobağlantı vasitəsilə mühəndis kadr çatışmazlığına həsr olunmuş sessiyaya qoşulacaq. Müzakirələr zamanı Rusiyada mühəndislərin sayının azalması və bu sahədə artan tələbat ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd olunur ki, Putinin qızlarının forumda iştirakı artıq ənənəyə çevrilib. Ötən il Vorontsova insan inkişafı və bioiqtisadiyyat, Tixonova isə texnoloji liderlik mövzularında çıxış etmişdi.
Bloomberg daha əvvəl yazmışdı ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu getdikcə iri beynəlxalq investorlar və transmilli şirkət rəhbərləri əvəzinə Rusiya rəsmilərinin ailə üzvlərinin ön plana çıxdığı platformaya çevrilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 01 İyun 2026 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















