Icma.az
close
up
RU
Putinin region ölkələrinə qoyduğu şərt: Özü əməl edirmi?

Putinin region ölkələrinə qoyduğu şərt: Özü əməl edirmi?

Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən zirvə toplantısında belə bir ifadə işlədib: “Rusiya heç bir ölkənin təhlükəsizliyinin başqasının hesabına formalaşmaması gərəkliyindən çıxış edir.

Putin bu sözləri Ukrayna şamil etsə də, cümlədəki məntiq Rusiyaya qonşu olan digər dövlətlərə də şamil edilə bilər. Putin demək istəyir ki, Ukrayna NATO üzvü olmaq istədiyinə görə, Rusiya bu ölkəyə qarşı işğalçı müharibəyə başlayıb. Ona qalsa Rusiyanın digər qonşusu Finlandiya Ukrayna müharibəsindən sonra NATO-ya qoşuldu. Əgər bu da Rusiyanın maraqlarına cavab vermirsə, bu o deməkdirmi ki, Finlandiya da Kremlin hədəfində olacaq? Finlandiya öz təhlükəsizliyini düşünərək NATO-ya üzv olub və bu zaman Kremlin istəkləri Helsinkini zərrə qədər də maraqlandırmayıb.

Və ya Azərbaycan NATO-nun hərbi gücünə görə ikinci böyük dövləti olan Türkiyə ilə strateji müttəfiqliyi gücləndirən Şuşa bəyannaməsini imzalayıb. Bu zaman Azərbaycan da Finlandiya kimi öz təhlükəsizlik maraqlarından çıxış edib. İndi Putinin məntiqinə görə Azərbaycan Türkiyə ilə strateji müttəfiqlik bəyanatına imza atarkən Rusiyanın maraqlarını nəzərə almalıydı?

Rusiya illər boyu Ermənistanı silahlandırarkən qonşusu olan Azərbaycanın təhlükəsizlik maraqlarını heçə saydı. Halbuki, Putinin məntiqinə görə Rusiya qonşusu olan Azərbaycanın təhlükəsizlik maraqlarına zidd siyasət yürütməməli idi. “Qonşunun təhlükəsizliyi nəzərə alınmalıdır” sözlərini deyən ölkənin lideri qonşusunun mülki təyyarəsinin raketlə vurulmasına seyrçi qaldı və bununla münasibətlərin gərginləşməsinə yol açdı. Bu bir daha göstərir ki, Putinin söylədikləri ilə elədikləri arasında böyük fərq var.

Politoloq Elxan Şahinoğlu,

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://sitat.info
archiveBu xəbər 01 Sentyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri