Icma.az
close
up
RU
Putinin son Ukrayna açıqlaması: Müharibənin sonu hələ görünmür Analitik

Putinin son Ukrayna açıqlaması: Müharibənin sonu hələ görünmür Analitik

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fikrət Sadıqov: "NATO üzvləri olan ABŞ və Avropa ölkələrinin Ukraynaya yardımları kifayət qədər genişmiqyaslı deyil"


Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən Prezident Vladimir Putin gündəmlə bağlı diqqətçəkən açıqlamalar verib. Putin deyib ki, Rusiya heç vaxt Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə etiraz etməyib, lakin onun NATO-ya üzvlüyü qəbuledilməzdir. Kreml rəhbəri bildirib ki, NATO başqa məsələdir, çünki burada söhbət Rusiyanın təhlükəsizliyinin təmin olunmasından gedir: "Bununla bağlı mövqeyimiz məlumdur. Ukraynanın NATO-ya üzvlüyünü qəbuledilməz hesab edirik". 


Putin əlavə edib ki, təhlükəsizliyini necə təmin etmək Ukraynanın öz qərarıdır, lakin fundamental sənədlərdə yazıldığı, o cümlədən Avropa qitəsində də qəbul edildiyi kimi, bu, digər ölkələrin təhlükəsizliyi, xüsusən də Rusiya Federasiyasının hesabına təmin edilə bilməz. Rusiya rəhbəri vurğulayıb ki, Ukraynanın təhlükəsizliyinin təmin edilməsi məsələsində variantlar var və münaqişə bitərsə, bu mövzuda konsensus tapmaq imkanları mövcuddur. Putin Rusiyanın Avropaya hücum edəcəyi ilə bağlı iddiaların da həqiqəti əks etdirmədiyini söyləyib: "Qərb ölkələri və NATO-ya üzv ölkələr postsovet dövründə olan bölgəni ələ keçirməyə çalışırlar. Rusiyanın öz maraqlarını qorumaqdan başqa məqsədi yoxdur". Ukrayna Prezidenti Volodimir Zelenski isə Putinin açıqlamalarını nağıl adlandırıb. Onun sözlərinə görə, Kreml rəhbəri Ukraynaya qarşı müharibəni legitimləşdirməyə cəhd göstərir: "Rus qoşunları isə cəbhənin müəyyən bölgələrində qüvvələr toplayır. Ukrayna səmasında Rusiya aviasiyasının aktivliyi artmaqda davam edir". 


Politoloq Fikrət Sadıqov "Şərq"ə açıqlamasında deyib ki, Rusiyanın hər zaman əsas qorxusu Ukraynanın NATO-ya üzv olması ilə bağlı olub. Ekspert vurğulayıb ki, Kiyev hərbi alyansın üzvü olmaqda daim maraqlıdır və bir sıra NATO ölkələri də bunu gündəmə gətirirlər:

 "Hazırda tərəflər müharibə vəziyyətindədir və savaş zamanı müəyyən aksentlər dəyişə bilir. Putin ona görə bəyan edir ki, Ukraynanın Aİ-yə üzv olmaq təşəbbüsləri Moskva tərəfindən normal qarşılansa da, NATO-ya üzvlük Rusiya üçün böyük təhlükədir. Rusiya-Ukrayna müharibəsi ilə bağlı bir sıra məsələlərə diqqət yetirmək lazımdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatına diqqət yetirmək lazımdır. Türkiyə lideri Çində Rusiya rəhbəri V.Putinlə bir araya gəldi, danışıqlar apardı. Ukrayna Prezidenti V.Zelenskiyə zəng vurdu və danışıqların nəticəsini ona çatdırdı. Sonra Ərdoğan belə bir açıqlama verdi ki, Rusiya və Ukrayna rəhbərləri yüksək səviyyəli danışıqlara hazır deyillər. Ancaq İstanbul platformasının gündəmdə qaldığını və tərəflərin nümayəndələri arasında görüşlərin keçirilə biləcəyini dedi. Rusiya və Ukrayna İstanbul təmaslarına etiraz etmirlər. Lakin bu, yüksək səviyyəli danışıqlar olmayacaq. Məsələ ondadır ki, bu tip müzakirələr müharibənin qarşısını ala bilməz. Üçüncü, dördüncü dərəcəli şəxslərin, yəni qərarvermə səlahiyyəti olmayan diplomatların görüşündən atəşkəs razılaşması çıxa bilməz. Vəziyyət belədir və indiki halda radikal dəyişiklik gözlənilmir".


Analitikin qənaətincə, NATO üzvləri olan ABŞ və Avropa ölkələrinin Ukraynaya yardımları kifayət qədər genişmiqyaslı deyil: 

"Ötənlərdə Avropa İttifaqının rəhbəri Ursula fon der Lyayen açıq bildirdi ki, Avropa İttifaqı dövlətlərinin qoşunlarını Rusiya ilə savaşa göndərmək lazımdır. Almaniya müdafiə naziri Boris Pistorius buna qarşı çıxdı və dedi ki, bu addımı atmağa ehtiyac yoxdur. Atəşkəs elan olunmalı, Ukraynaya qarantiyalar verilməli və ondan sonra qoşunlar getməlidir. Ukraynanın özündə də silah-sursat istehsalı uğurla davam etdirilir. Yəni müharibənin sonu hələ görünmür. Maraqlı məqam odur ki, Rusiyaya qarşı ABŞ və Avropa İttifaqı tərəfindən yeni sanksiya paketi hazırlanır. Zelenski də mütəmadi çağırış edir ki, Rusiyaya qarşı sanksiyaları genişləndirmək, hərbi-siyasi, diplomatik təzyiqləri artırmaq lazımdır. Çünki Rusiya ilə dinc vasitələrlə razılığa gəlmək mümkün deyil. Ancaq ABŞ və Avropa İttifaqı ya bunu etmək istəmir, ya da etməyə gücləri çatmır. Rusiya ABŞ və Avropa ölkələri arasındakı fikir ayrılıqlarından öz lehinə istifadə edir. Hətta Avropanın müəyyən ölkələri Rusiyanı yox, Ukraynanı ittiham edirlər. Slovakiyanın baş naziri Rusiya Prezidenti V.Putinlə görüşdə Avropanı sərt tənqid etdi. Macarıstan da eyni mövqe sərgiləyir. Moskva da bu ziddiyyətlərdən çox məharətlə yararlanır. Amma üç-dörd illik müharibə Rusiyaya heç nə qazandırmayıb. Əksinə, Rusiya ciddi itkilər verməkdədir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Sentyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri