Putinin sözçüsü: ABŞ ın təhdidləri fonunda İran qabaqlayıcı tədbirlər görür
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın qarşıdurma ritorikasını nəzərə alsaq, İranın ordusunu yüksək döyüş hazırlığı vəziyyətinə gətirmək qərarı təbiidir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, İran ətrafında vəziyyətin pisləşməsi Rusiyanı narahat edir.
“Əlbəttə, hamı kimi bu, Moskvanın da narahatlığa səbəb olub. Biz kifayət qədər sərt ritorika eşidirik. Təbii ki, İran hakimiyyəti lazımi qabaqlayıcı qoruyucu tədbirlər görür. Bütün bunlar gərginliyin artmasına gətirib çıxarır. Biz hesab edirik ki, bu şəraitdə əsas şey yəqin ki, təmasların mümkünlüyündən bəhs edən xəbərlərə diqqəti cəmləməkdir - istər birbaşa, istərsə də dolayısı, bu, o qədər də vacib deyil. Lakin təmaslar və dialoq həmişə gərginliyin artmasına səbəb olan qarşıdurma hərəkətlərindən daha yaxşıdır”, - Putinin sözçüsü vurğulayıb.
Qeyd edək ki, “Reuters” yüksək vəzifəli İran rəsmisinə istinadən xəbər verib ki, İranın Ali Rəhbəri Əli Xamenei silahlı qüvvələrin yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsini əmr edib. Bu, Vaşinqtondan gələn təhdidlər fonunda baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 09 Aprel 2025 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















