Icma.az
close
up
RU
Putinin tələbini Tramp “anlayır” Türkiyə təşəbbüsü ələ aldı

Putinin tələbini Tramp “anlayır” Türkiyə təşəbbüsü ələ aldı

Icma.az, Axar.az saytına istinadən bildirir.

Hakan Fidanın Moskva-Kiyev xəttində diplomatik səyləri nəticəsində tərəflər iyunun 2-də İstanbulda növbəti dəfə görüşməyə razılaşıb. Növbəti İstanbul görüşü bir neçə kontekstdə fərqlənir.

Birincisi, təşəbbüsün Türkiyəyə keçməsidir: Ər-Riyad danışıqları ABŞ-ın təşəbbüsü ilə keçirilirdisə, mayın 16-da baş tutan İstanbul görüşü Putinin “30 günlük atəşkəs” gündəmini dəyişdirmək cəhdi idi.

2 iyun görüşü isə birbaşa Ankaranın təşəbbüsüdür və bütün tərəflər – ABŞ, AB, Ukrayna və Rusiya bunu dəstəkləyir.

İkincisi, mövqelərin rəsmiləşməsidir: Ukrayna və Rusiya münaqişənin həlli ilə bağlı öz mövqelərini memorandum formasında təqdim edəcək. Bu, tərəflərin mövqeləri fərqli olsa da, ən azı müharibənin başa çatması niyyətində ortaq məxrəcə gəldiyi qənaətini yaradır.

Üçüncüsü, 2 iyunda tərəflərin təqdim edəcəkləri memorandum danışıqlar prosesində yeni mərhələ hesab oluna bilər. Çünki müharibənin başlanmasından sonra Ukrayna məsələsində yeganə rəsmi sənəd İstanbul protokolları olub.

Ukrayna məsələsi ətrafında geosiyasi hadisələrin inkişafı və müharibə meydanındakı vəziyyət də İstanbulda anlaşma gözləntilərini artırır. Hakan Fidan Ukraynada bildirib ki, müharibə “dönüş nöqtəsi”ndədir: ya bu il ərzində davamlı sülh əldə edilməlidir, ya da müharibə davam edəcək.

Müharibənin davam etməsi hər iki tərəfin maraqlarına zidd görünür:

- ABŞ-ın hərbi dəstəyi olmadan Ukraynanın müqavimət perspektivləri zəifləyir;

- Rusiya üçün müharibənin başlanmasından sonra ilk dəfə danışıqlarda “uğurlu nəticə” əldə etmək imkanı yaranıb: Tramp Administrasiyası ilə anlaşmaq imkanlarını itirmək Moskvaya risklər vəd edir.

Bütün bu imkanlar fonunda tərəflər arasındakı ziddiyyətlər əsas problem olaraq qalmaqdadır.

Ukrayna və hazırki müttəfiqləri – Britaniya, Fransa və Almaniya əvvəlcə atəşkəsin əldə edilməsi, daha sonra sülh şərtlərinin müzakirəsinə nail olmağa çalışacaq. Rusiya isə atəşkəs üçün döyüşlərin dayandırılmasının da daxil olduğu ilkin şərtlərin qəbul edilməsini istəyir. Kreml təqdim edəcəkləri memorandumu açıqlamasa da, “Röyters”in yaydığı məlumatda həqiqət payı çoxdur. Danışıqlardan məlumatlı olan üç mənbə bildirir ki, Putin Qərb ölkələrindən NATO-nun şərqə doğru genişlənməyəcəyi və Ukrayna, Gürcüstan, eyni zamanda Moldovanın alyansa üzv olmayacağı haqda “yazılı” öhdəlik almaq istəyir.

- Ukrayna üçün neytral status;

- Müəyyən sanksiyaların ləğv edilməsi;

- Dondurulmuş aktivlər məsələsinin həlli;

- Ukraynanın rusdilli sakinlərinin müdafiəsi.

Bu məlumat Rusiyanın daha öncə mediaya sızan tələblərinə, eləcə də rusiyalı rəsmilərin zaman-zaman sərgilədiyi mövqeyəə uyğundur.

Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun açıqlaması da Putinin tələblərinin böyük ölçüdə bunlardan ibarət olduğunu təsdiq edir. Kelloq bildirir ki, ABŞ NATO-nun Şərqə doğru genişlənməsini dayandırmağı müzakirə etməyə hazırdır.

- ABŞ Rusiyanın NATO-nun genişlənməsi ilə bağlı narahatlığını haqlı hesab edir və bunu müzakirə etməyə hazırdır;

- Ukraynanın NATO-ya daxil olması məsələsi müzakirə edilmir;

- Rusiyanın Gürcüstan və Moldovanın da alyansa üzvlüyündən narahatdır və biz onlara deyirik ki, NATO-nun sizin sərhədinizə doğru genişlənməsini müzakirə edə bilərik.

ABŞ Rusiyanın mövqeyini qəbul edir, lakin burada əsas diqqət yenə Ukrayna və Avropa ölkələrinin mövqeyinə yönəlir.

- Ukrayna Rusiya ilə razılaşarsa, təhlükəsizlik zəmanətləri hansı formada veriləcək?

- Avropa qoşunlarının Ukraynaya daxil olması məsələsində qərar necə olacaq?

- NATO-nun genişlənməsində Rusiyanın şərtləri qəbul edilərsə, Avropanın təhlükəsizlik arxitekturası hansı formada dəyişdiriləcək?

Açıq qalan suallar çoxdur. Bu baxımdan, İstanbul görüşündə yekun nəticənin əldə edilməsi çətin görünür, hərçənd, Avropanın da yer alacağı danışıqlar məsələnin müharibə meydanından müzakirə masasına köçürülməsində dönüş nöqtəsi ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://axar.az
archiveBu xəbər 30 May 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri