Icma.az
close
up
RU
Putinin Trampa ümidləri boşa çıxır: Ukraynanın əvəzində Rusiyadan daha çox şey qoparılacaq

Putinin Trampa ümidləri boşa çıxır: Ukraynanın əvəzində Rusiyadan daha çox şey qoparılacaq

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suriyada Əsəd rejiminin devrilməsi ilə Kreml böyük ölçüdə Rusiya sərhədləri içərisinə qapadılmış oldu... Çünki yaxın gələcəkdə Rusiyanı Afrikadan və Qafqazdan çəkilmək, ardınca Orta Asiyanı da itirmək təhlükəsi gözləyir...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, dünya böyük sürətlə dəyişir. Beynəlxalq məkanda son vaxtlara qədər əsas prioritet kimi ön planda tutulan mövzular tədricən öz əhəmiyyətini itirməyə başlayıb. Hər halda, ABŞ və Qərbin yaxın gələcəkdə Rusiya üzərində əzici hərbi qələbə planlarında israr etməyəcəyi artıq qətiyyən şübhə doğurmur. Yəni, Qərb siyasi dairələri indi Ukrayna savaşına yönəlik mövqeyini ABŞ və Rusiya arasında münasibətləri bərpa etməyə üstünlük verən Ağ Evin yeni sahibi Donald Trampın qərarları ilə uyğunlaşdırmağa məcbur qalmış kimi görünür. Və bu, dünyada indiki geopolitik proseslərin əks istiqamətə çevrilə biləcəyi ilə bağlı ehtimalları da gücləndirir.

Onu da qeyd etmək lazımdır ki, Kremldə Tramp administrasiyasının mövqeyindən qaynaqlanan perspektivlərdən tamamilə məmnundurlar. Rusiya siyasi dairələri hazırda böyük səbirsizliklə Tramp administrasiyasının öz səlahiyyətlərinin icrasına başlayacağı günü gözləyir. Xüsusilə də, ABŞ-ın yeni prezidenti Donald Trampın Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsinin verilməsinə neqativ mövqedən yanaşması Kremli daha da ümidləndirib.

Çünki Ağ Evin yeni sahibi mövcud prezident Co Baydenin bu qərarının Ukrayna savaşı ətrafında gərginliyi maksimum həddə çatdırdığını xüsusi olaraq, vurğulayıb. Bu, əslində, dolayısı olaraq, Bayden administrasiyasının qlobal savaş təhlükəsi yaratmaq cəhdində ittiham olunması anlamı daşıyır. Və eyni zamanda, yeni prezident Donald Trampın Bayden administrasiyası, eləcə də, rəsmi Kiyevə yönəlik belə iradları, həm də Rusiyaya Ukrayna savaşının başlanılmasına görə daşıdığı beynəlxalq siyasi məsuliyyətdən yayındıra bilər.

Maraqlıdır ki, yeni prezident Donald Trampın hətta öz səlahiyyətlərinin icrasına başlamadan atdığı addımlar Qərb siyasi dairələrində ciddi narazılıq və narahatlıq doğurmağa başlayıb. Belə ki, Qərb siyasi dairələri Ağ Evin yeni sahibinin siyasi prioritetləri ucbatından indiyə qədər ön planda olan hədəflərin önəmini itirməsini olduqca təhlükəli proses olaraq, dəyərləndirirlər. Və bunun Qərb düşərgəsinin qlobal hegemonluq mövqeyini təhdid etdiyi qənaətindədirlər.

Təbii ki, yeni prezident Donald Tramp da öz siyasi prioritetləri barədə mesajlar verərkən, böyük qlobal dəyişikliklərin baş vermə ehtimalını nəzərə almamış deyil. Hər halda, Ağ Evin yeni sahibi beynəlxalq riskləri nəzərə almaq məcburiyyətində olduğunu da anlayır. Və bu baxımdan, öz mövqeyini mümkün qədər qlobal təhlükələrlə arqumentkəşdirməyə çalışır.

Məsələ ondadır ki, Tramp adminstrasiyası mövcud qlobal proseslərin bəşəriyyəti üçüncü dünya savaşına sürüklədiyini israrla vurğulayır. Əsas arqument ondan ibarətdir ki, Ukrayna savaşı qlobal savaş törədə biləcək hərbi münaqişədir. Ona görə də, ən qısa zamanda Ukrayna savaşını dayandırmaq üçün Rusiya ilə anlaşmaq olduqca vacibdir. Və bu prosesdə Tramp administrasiyası Rusiyaya güzəştlər də vəd edir.

Belə anlaşılır ki, Tramp adminstrasiyası bəşəriyyəti üçüncü dünya savaşından yayındırmaq üçün Ukraynanın qurban verilməsini daha optimal çıxış yolu hesab edir. Çünki Donald Trampın reallaşdırmaq niyyətində olduğu "Kelloq planı" Ukrayna dövlətçiliyinə həm ərazi itkiləri, həm də ümumiyyətlə, böyük geopolitik fəlakətlər vəd edir.

Bu plan Kremlə Rusiya ordusunun işğal etdiyi Ukrayna ərazilərinə qeyri-rəsmi sahiblənmək hüququ tanıyır. Eyni zamanda, rəsmi Kiyevə itirilmiş Ukrayna ərazilərini geri qaytarmaq üçün hərbi gücdən istifadə olunmasını qadağan edir. Və buna qarşı çıxacağı təqdirdə, Ukraynanı ABŞ-ın sərt təzyiqləri gözləyir.

Digər tərəfdən, Tramp adminstrasiyası NATO üzvü olan bəzi Qərb ölkələrini Ukrayna savaşını qlobal müharibəyə çevirə biləcək addımlar atmaqda da suçlayır. Əslində, bəzi Qərb ölkələri tərəfindən belə təhlükəli addımların atılmaqda olduğu inkaredilməz reallıqdır. Hər halda, Almaniya rəsmi dairələrinin üçüncü dünya müharibəsinin başlanmaq üzrə olması barədə xəbərdarlıq mesajları da bunu təsdiqləyir.

Məsələ ondadır ki, Fransa prezidenti Emmanuel Makronun son davranışları ABŞ-ın yeni prezidenti Donald Trampın Ukrayna savaşını dayandırmaq planlarına birbaşa zərbə hesab oluna bilər. Belə ki, prezident Emmanuel Makron Polşa və Fransanın da daxil olacağı Qərb koalisiyasının yaradılmasına cəhd göstərir. Əsas məqsəd Rusiya ilə sülh danışıqlarından sonra Ukraynada 40 minlik beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsidir. Və bu, əslində, Ukrayna savaşının dayandırılmasına yönəlik prosesin elə başlamadan bloklanmasına yönəlik cəhd təsiri bağışlayır.

Hər halda, Rusiyanın Ukraynada hər hansı kənar dövlətlərin hərbi kontingent yerləşdirmısinə razılıq verəcəyi qətiyyən inandırıcı görünmür. Çünki Kremldə hesab edirlər ki, Ukraynada yerləşdiriləcək xarici hərbi kontingentin gələcəkdə NATO-nun hərbi bazasına çevrilmə perspektivi mövcuddur. Ona görə də, Rusiya siyasi dairələri israrla Ukraynanın neytral ölkə statusunda mövcudluğunu sülh danışıqlarının əsas şərtlərindən birinə çevirməyə çalışır. Və indiki situasiyada bu şərt Rusiya üçün böyük önəm daşıyır.

Çünki Suriyada Əsəd rejiminin devrilməsi ilə Rusiya böyük ölçüdə öz sərhədləri içərisinə qapadılmış vəziyyətə düşmüş kimi görünür. Hər halda, yaxın vaxtlarda Rusiyanın Afrikadan da çəkilmək məcburiyyətində qala biləcəyi qətiyyən istisna deyil. Buna paralel olaraq, Rusiyanın Cənubi Qafqazdan çıxma ehtimalı da o qədər də uzaq perspektiv təsiri bağışlamır. Bütün bunlar Orta Asiyanın itirilməsinə qədər inkişaf edə biləcək prosesin tərkib hissəsi sayıla bilər. Və bu baxımdan, Kremlin Ukraynada xarici hərbi kontingentə razılıq verməsi gələcəkdə Rusiyanın mövcudluq şərtlərinin təhdid olunmasına münbit şəraitin yaradılması anlamı daşıyırdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Dekabr 2024 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri