Putinin Valdaydakı iqamətgahının ətrafında 27 HHM qülləsi aşkar edildi
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətinin Valday şəhərindəki iqamətgahının yaxınlığında ən azı 27 hava hücumundan müdafiə qülləsi yerləşdirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Radio Svoboda” məlumat yayıb.
Nəşrin jurnalisti Mark Krutovun hazırladığı interaktiv xəritəyə görə, Pantsir-S1 zenit-raket və top sistemlərini yerləşdirmək üçün iyirmi altı, S-400 zenit-raket sistemini yerləşdirmək üçün isə 27-ci qüllə tikilib.
O qeyd edib ki, Planet Labs şirkətinin peyk görüntülərinə əsasən, səkkiz yeni Pantsir-S1 qülləsinin tikintisinə martın 17-də başlanılıb. Əlavə edilib ki, onların əksəriyyəti artıq tikilib və bəziləri zenit-raket sistemləri ilə təchiz olunub.
İlk Pantsir-S1 hava hücumundan müdafiə sistemi 2023-cü ilin yanvar ayında Putinin Valdaydakı iqamətgahının yaxınlığında, ikincisi isə 2024-cü ilin iyul ayında peyda oldu. 2025-ci ildə ərazidəki hava hücumundan müdafiə sistemlərinin sayı artmağa başladı: avqust ayında 12, dekabr ayına qədər isə artıq 20-yə çatdı.
Rusiya hakimiyyəti iddia edirdi ki, Ukrayna 2025-ci ilin dekabr ayında Putinin Valdaydakı iqamətgahına dronlardan istifadə edərək hücum etməyə cəhd edib.
Bu mövzuda digər xəbərlər:Putinin Valdaydakı iqamətgahı ətrafında daha 7 HHM qülləsi yerləşdirildi
12 Aprel 2026 17:01
Putinin Valdaydakı sarayını 12 HHM qoruyur Moskvanı isə cəmi 60...
13 Avqust 2025 18:17
Putinin Valdaydakı iqamətgahı hərbi hissəyə çevrildi
30 Dekabr 2024 20:22
“Putinin Valdaydakı iqamətgahına hücum olmayıb“ ISW
31 Dekabr 2025 13:50
Zelenski: Putinin Valdaydakı iqamətgahına dron hücumu feykdir
30 Dekabr 2025 22:31
Baxış sayı:184
Bu xəbər 12 Aprel 2026 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















