Icma.az
close
up
RU
Putinin və B.Əsədin Türkiyə xəyanəti: 34 əsgərin bombardmanı 5 il

Putinin və B.Əsədin Türkiyə xəyanəti: 34 əsgərin bombardmanı 5 il

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türk Silahlı Qüvvələrin 34 əsgər və zabitinin Rusiya və Suriya təyyarələrinin birgə hava hücumunda şəhid olmasının beşinci ildönümüdür.
Adalet.az
xəbər verir ki, 2020-ci ilin 27 fevralında, axşam saatlarında Türk Silahlı Qüvvələrinə (TSK) İdlibdə rejim qüvvələri tərəfindən hava hücum edildi. Başlayan  hücumda hədəf İdlibin M-4 avtomobil yolunun təxminən 10 kilometr cənubunda yerləşən Balyun kəndi ətrafından keçən türk hərbi karvanı idi.
Döyüş təyyarələrinin hücumundan sonra konvoydakı əsgərlər maşınlarını tərk edərək ətrafdakı ev və binalarda mövqe tutaraq müdafiə dəstəsinə keçirlər. Ardıcıl hücumlarla təyyarələr əsgərlərin mövqe tutduğu strukturları bombalayır. Bu hücumlarda ümumilikdə 34 türk əsgəri həyatını itirir, çoxlu sayda əsgər yaralanır. Şəhidlərin nəşi 28 fevralda torpağa verilir.

Türkiyənin dövrü mətbuatı Türkiyə dövlətinin xəyanətə uğradığını bəyan etdi. Məsələnin ən narahatedici tərəflərindən biri də Türkiyə hərbi konvoyunun İdlibdə hücuma məruz qaldığı yoldan keçəcəyi barədə məlumatın iki ölkənin hərbi idarələri arasında fəaliyyət göstərən kommunikasiya mexanizmi vasitəsilə daha əvvəl Rusiya hərbi hakimiyyət orqanlarına çatdırılması olduğu deyilirdi. 

Hadisədən sonra o zamankı Milli Müdafiə Naziri Hulusi Akar açıqlama verdi: “Əsgərlərimizin yerləşdiyi yerlər Rusiya Federasiyasının səlahiyyətli orqanları ilə daha əvvəl  razılaşdırılıb, bu hücum həyata keçirilib və təəssüf ki, ilk güllədən sonra növbəti xəbərdarlığa baxmayaraq hücum davam edib”.                                                                                                                                                                Digər xəyanət hadisəsi isə ağır vəziyyətdə olan  yaralıları götürmək üçün Hataydan hadisə yerinə göndərilən təcili yardım maşınlarının   eyni döyüş təyyarələri tərəfindən vurulması olub.

Balyun hücumu Türkiyənin Suriyada 13 illik vətəndaş müharibəsində ən çox hərbi itki verdiyi hadisədir. Bu, bütün bu dövrün ən kədərli hadisəsidir.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi nümayəndə heyəti 2020-ci il martın 5-də Rusiyanın Soçi şəhərində İdlibdə atəşkəs razılaşmasının əldə edilməsi üçün prezident Vladimir Putinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşə gəldi.

Rusiyanın 1-ci kanalında yayımlanan görüntülərdə Putinin prezident Ərdoğan, Mövlud Çavuşoğlu və Hulusi Akarın da olduğu nümayəndə heyətini 2 dəqiqə qapıda gözlətdiyi bütün türk dünyasının qəzəbinə səbəb olmuşdu. Putin isə gözlənildiyinin əksinə olaraq  üzr istəmədi və açıqlamasında yalnız bi fikri ifadə etdi: "Suriyada həyatını itirən Türk əsgərləri üçün başsağlığı diləyirəm. Türk ordusunun orada olduğu bilinmirdi. Suriyadakı vəziyyət bizim birbaşa görüşməyimizi vacib qıldı.

Son hadisələrin Türkiyə və Rusiya əlaqələrinə zərər verməməsi üçün Suriya mövzusunda bütün məsələləri nəzərdən keçirmək lazımdır. Suriya ordusunun həqiqətən ciddi itkiləri var. Buna görə də bu hadisənin bir daha təkrarlanmaması və Türkiyə-Rusiya münasibətlərinə zərər verməməsi üçün danışıqları davam etdirməyimiz faydalıdır." Tərəflər arasında gərginlik uzun müddət səngimədi.

P.S. 5 il kiçik bir zamandır. Amma o 5 ilə o qədər maraqlı olaylar sığışıb ki... Məsələn, Putinin Avropadan və ABŞ-dan  qopması və Ərdoğana sığınması... Ərdoğana nicat yolu kimi baxması... Hətta 2022-ci ilin  iyulunda Tehranda ikitərəfli danışıqlar zamanı Putinin Ərdoğanı təxminən 50 saniyə, daha sonra Astanada  Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısı çərçivəsində görüşdə 1 dəqiqədən çox  gözləməsi ilə cavabını almış oldu. 34 əsgərin qisası isə 2022-ci ildən Ukraynaya verilən Bayraktarlarla alınır. Hətta 2023-cü ildən Ukraynada Türkiyənin “Bayraktar” pilotsuz təyyarələrinin istehsalı zavodu 2023-cü ildən məhsul istehsal edir.  "Rusiyaya “Bayraktar” satışı mümkünsüzdür"-deyən də Türkiyədir. Hazırda Rusiyaya qaçan Bəşər Əsəddən və  ordusu Suriyadan çıxarılan Putindən şəhidlərin qisası alınıb

Əntiqə Rəşid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://adalet.az
archiveBu xəbər 28 Fevral 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri