Icma.az
close
up
RU
Putinin vəfat edən dostunun milyardlıq əmlakları üzə çıxdı

Putinin vəfat edən dostunun milyardlıq əmlakları üzə çıxdı

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Rusiyanın sabiq müdafiə naziri və Prezident Administrasiyasının keçmiş rəhbəri, dövlət başçısı Putinin yaxın dostu Sergey İvanovun ölümündən sonra ailəsinə məxsus olduğu iddia edilən milyardlarla rubl dəyərində əmlakla bağlı araşdırma dərc olunub.

"Bakupost" Musavat.coma-a istinadla xəbər verir ki, Rusiyada Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) mərhum Sergey İvanovun ailəsinə məxsus ümumi dəyəri təxminən 4,2 milyard rubl olan daşınmaz əmlak barədə araşdırma yayıb. Araşdırmaya görə, aktivlər arasında Moskvaətrafı Rublyovkada, Jukovka qəsəbəsində yerləşən və dəyəri 2 milyard rubldan çox qiymətləndirilən 2,7 min kvadratmetrlik malikanə, Dubaydakı W Residences kompleksində təxminən 480 milyon rubl dəyərində 926 kvadratmetrlik lüks apartament, həmçinin Moskvada bir neçə mənzil və Kalininqrad vilayətinin sahil zonasında torpaq sahəsi var.

FBK bildirir ki, Sergey İvanov 26 il dövlət qulluğunda çalışdığı müddətdə rəsmi olaraq biznes fəaliyyəti ilə məşğul olmayıb. Onun illik rəsmi gəliri bəyannamələrə əsasən 11–13 milyon rubl təşkil edib. Araşdırma müəlliflərinin fikrincə, ailəyə məxsus olduğu göstərilən daşınmaz əmlakın ümumi dəyəri sabiq məmurun rəsmi gəlirlərini dəfələrlə üstələyir.

Qeyd edək ki, Sergey İvanov bu həftə 73 yaşında vəfat edib. O, keçmiş SSRİ DTK-sında işlədiyi dövrdən etibarən Kremlin rəhbərliyi ilə yaxın münasibətləri olan şəxslərdən biri sayılırdı. İvanov uzun illər Rusiyanın müdafiə naziri və Prezident Administrasiyasının rəhbəri vəzifələrində çalışıb, bir vaxtlar isə Kremlin mümkün varislərindən biri kimi göstərilirdi.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 İyul 2026 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see627

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see545

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see294

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see268

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see258

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see258

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see256

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see228

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see226

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see226

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see224

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see223

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see222

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see219

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see218

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see216

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri