Putinin VİDEOsundakı səhv gündəm oldu
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya prezidenti Vladimir Putinin "Beynəlxalq Qadınlar Günü" münasibətilə hazırlanan videomüraciəti ilə bağlı maraqlı hadisə baş verib.
Milli.Az xəbər verir ki, Kreml səhvən dövlət başçısının çıxışının redaktə olunmamış versiyasını ictimaiyyətə təqdim edib. Əslində isə əvvəlcədən hazırlanmış və montaj edilmiş yekun variantın paylaşılması planlaşdırılırdı.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Putinin müraciəti yazarkən bir müddət öskürdüyü və çəkilişin dayandırılmasını istədiyi anlar əks olunub. Kadrlarda onun təxminən yarım dəqiqə fasilə verdiyi, daha sonra isə səs yazısının yenidən başlanmasını xahiş etdiyi görünür.
Məlumata görə, Kremlin media komandası çıxışın montaj edilmiş versiyasını yaymalı idi. Lakin texniki səhv səbəbindən xam görüntülər də paylaşılan materialın içində yer alıb.
Hadisə qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub.
Hüseyn
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 09 Mart 2026 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















