Icma.az
close
up
RU
Putinin yaxın dostu idi, indi isə… Qiyabi həbsə aparan yol (ARAŞDIRMA) KONKRET

Putinin yaxın dostu idi, indi isə… Qiyabi həbsə aparan yol (ARAŞDIRMA) KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya məhkəməsi Vladimir Putinin keçmiş yaxın ətrafından olan tanınmış iş adamı Sergey Puqaçev barəsində qiyabi hökm çıxarıb.

KONKRET.az xəbər verir ki, iş adamı ümumilikdə 92 milyard rubl (təxminən 1,94 milyard manat) məbləğində vəsaitin mənimsənilməsində, xüsusilə böyük miqyasda israf və səlahiyyətlərdən sui-istifadə təşkilində təqsirli bilinərək 14 il azadlıqdan məhrum edilib.

Məhkəmənin qərarına əsasən, Puqaçev və digər təqsirləndirilən şəxslər Rusiya Mərkəzi Bankının “Mejprombank”a verdiyi 40 milyard rubl həcmində təminatsız kreditdən 28,7 milyard rublun (təxminən 605,7 milyon manat) mənimsənilməsində iştirak ediblər. İstintaq iddia edir ki, bu vəsaitlər Puqaçevin nəzarətində olan Kipr şirkətinin hesabına köçürülüb.

Qeyd edək ki, Sergey Puqaçev hazırda Fransada yaşayır və məhkəmə prosesi onun iştirakı olmadan, qiyabi şəkildə keçirilib.

Puqaçev yalnız bank sektorunda deyil, həm də gəmiqayırma sənayesi, elitar daşınmaz əmlak və media sahələrində böyük sərvətə sahib olub. 2008-ci ildə Forbes onun sərvətini 3,4 milyard manat olaraq qiymətləndirib. O, uzun illər Kremlin “etibarlı bankiri” və Vladimir Putinin şəxsi maliyyə dairələrinə yaxın fiqur kimi tanınıb.

2015-ci ildə Puqaçev Haaqadakı Daimi Arbitraj Məhkəməsinə Rusiyaya qarşı 17 milyard manatlıq iddia qaldırıb və sonradan bu məbləği 25,5 milyard manata qədər artırıb. O, Rusiya hakimiyyətini öz aktivlərini qanunsuz müsadirə etməkdə ittiham edir.

Hazırda Putin rejiminin açıq tənqidçilərindən biri olan Puqaçev, Rusiya-Ukrayna müharibəsini də qətiyyətlə pisləyir. Onun bu mövqeyi bir sıra media çıxışlarında, o cümlədən geniş video-müsahibələrdə əks olunub.

Natiq Səlim
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 May 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri