Icma.az
close
up
RU
Putinizmə doğru gedən Trampizm dünyaya nə vəd edir?

Putinizmə doğru gedən Trampizm dünyaya nə vəd edir?

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəyanət insanlar arasında tez-tez rast gəlinən hadisədir, nəticəsi də xəyanətə uğrayan üçün sarsıdıcı olur. Dövlətin dövlətə xəyanəti isə nadir hallarda rast gəlinsə də, nəticəsi yalnız xəyanətə uğrayan dövlət üçün deyil, onunla yaxın olan dövlətlər üçün də ağır, bəzən isə fəlakətlərlə müşahidə olunur. Münhen Təhlükəsizlik Konfransından sonra hələ bir az ümid vardı ki, Avropa İttifaqı ciddi müqavimət göstərər və ABŞ Ukraynaya qarşı addımlarını bir qədər korrektə edib, Rusiyanın aqressiv siyasətinə “stop” deyər. Er-Riyad görüşündən sonra ABŞ-nin nəinki Ukraynaya, eyni zamanda Avropa İttifaqına, hətta deyərdim ki, ƏDALƏT gözləyən əksər dünya dövlətlərinə də xəyanət etdiyi qənaətinə gəlmək olar. 

    Avropa İttifaqının cəmi 7 ölkəsinin iştirak etdiyi Paris toplantısı faktiki fiaskoya uğradı, çünki bu qurum siyasi-iqtisadi böhran içərisindədir və tezliklə də toparlanmasının mümkünsüzlüyü ortadadır. İttifaqın bütün üzvlərinin bu gün toplanacağı barədə yeni məlumatlar yayılıb, amma buradan da ciddi bir nəticənin olacağı və ABŞ-nin başlatdığı siyasətə təsir edəcəyi mümkünsüz görünür. Rusiya isə.., artıq Qırmızı meydanda faşizm və Ukrayna üzərində “qoşa qələbə”ni, daha doğrusu “pirr qələbəni” qeyd edəcəyi eyforiyasındadır, çünki Tramp faktiki olaraq Putinin Ukraynanı işğal etməsini tanıyıb, yalnız sənədləşməsi qalıb. Bu, o deməkdir ki, sabah kimsə güc yolu ilə hansısa ölkəni işğal edib üç il nəzarət edə bilərsə, hamı reallıqla razılaşmalıdır. Trampla Putinin gizli danışıqları özünü bu gün nədə göstərir?

    Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndələrii arasında Rusiya -Ukrayna müharibəsinin nizamlanması üzrə danışıqlar bitdi. İlkin verilən məlumata görə tərəflər üç mərhələdən ibarət sülh planı təklif ediblər: atəşkəs, Ukraynada prezident seçkiləri və yekun sülh müqaviləsi. Baxmayaraq ki, hər iki tərəf bu informasiyanın “feyk” olduğunu bildirdilər, amma bəzi məsələlərə aydınlıq gətirərkən açıq hiss olunur ki, Ukraynadakı prezident seçkilərinin keçirilməsi hər iki tərəfin can atdığı prinsipdir. ABŞ nümayəndələri tələsik Zelenskinin “yenidən seçilmə şanslarının olmadığını” söylədilər, Lavrov isə “ Belə davam edə bilməz. Bu adamı (yəni Zelenskini) və onun bütün komandasını ağıllandırmaq və dərsini vermək lazımdır”( hesab edirəm ki, orijinal ifadə daha sərtdir - ”урезонить, дать по рукам”)

Ukraynada prezident seçkilərinin keçirilməsi nədən hər iki tərəfin marağındadır? Bu prinsipin arxasında Kremlin sahibi Putin dayanır. Bu mərhələ və ya şərt Rusiya prezidentinin eqoizmindən doğan bir prinsipdir. Zelenski ilə bir masaya əyləşib onun əlini sıxmağı imperiya lideri özünə sığışdırmır. Dünyaya, xüsusilə də Rusiya cəmiyyətinə “aktyor-prezidentlə” bir masada oturmadığını və hansısa şəkildə geri çəkilmədiyi görüntüsünü yaratmaq istəyir. Üç ildir Rusiya ilə müharibədən geri çəkilməyən Ukrayna xalqının lideri Zelenskini, başda Vladimir Putin olmaqla bütün Rusiya sinirə bilmir və bu fiqur qarşısında hansısa güzəşt şərtini qəbul edəcəyini düşünmək belə istəmir. Yəni, sonunda güzəştə gedəcəyinin mütləq olduğunu bilir, amma bunu Zelenski qarşısında etməyi şəninə sığışdırmır. ABŞ isə Ukraynada prezident seçkilərinin keçirilməsini münaqişənin uğurlu həlli prosesinin əsas şərtlərindən biri kimi qəbul edir. ABŞ indidən şantaja əl atıb Zelenskini  Qərbdən gələn yardımların müəyyən hissəsini mənimsəməkdə ittiham edərək əks təbliğata başlayacağına işarələr vurur. 

 Tutaq ki, Zelenskinin yenidən seçilmə şansları azdır, bəs onun komandasında başqa şanslı namizəd yoxdurmu? Əlbəttə var. Məhz ona görə də Lavrov “ bu adamı və onun bütün komandasını ağıllandırmaq və dərsini vermək lazımdır” deyəndə, tam başqa bir şəxsi ölkə prezidenti kimi görmək istədiklərini gizlətmirlər.  Elə bu səbəbdən də, fevralın 18-də ABŞ dövlət katibi Marko Rubio və Sergey Lavrov Ər-Riyadda danışıqlarda ölkələr arasında münasibətlərdə “qıcıqlandırıcıları” aradan qaldırmaq üçün məsləhətləşmə mexanizminin yaradılması barədə razılığa gəliblər. Zelenskini “qıcıqlandırıcı” kimi gördüklərini isə gizlətmirlər. Rusiyanın Ukraynaya yaşatdığı üç illik fəlakətdən sonra Ukrayna xalqı arasından Rusiyaya nəinki yaxın, hətta neytral münasibətdə olan bir siyasətçi tapmaq olarmı? Ukraynada Rusiyaya olan nifrətin, qəzəbin tezliklə aradan qalxacağı mümkün deyil, bu nifrət hələ onillərlə davam edəcək.

Zelenskinin komandasında onu əvəz edə biləcək siyasi fiqur az deyil, amma müharibə illərində Ukrayna xalqının simpatiyasını qazanan daha çox hərbiçilərdir, nəinki məmurlar. Ukrayna müdafiə nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi general Kirill Budanovun xalq arasında böyük nüfuzu var. O, bunu Rusiyaya qarşı apardığı əməliyyatlarla sübut edib. Putin isə onu şəxsi düşməni bilir. Keçmiş müdafiə naziri, hazırda Böyük Britaniyada Ukraynanın səfiri Zalujnıy da ciddi siyasi fiqurlardan biri kimi qəbul edilir. Yəni, Zelenskinin siyasətini davam etdirəcək, bəlkə də ondan da sərt mövqe qoya biləcək fiqurlar var, amma üç ildir Rusiya işğalı ilə barışmaz mübarizə aparan Ukrayna prezidenti müttəfiqinin Putinlə əlbirliyi, Avropa İttifaqının isə bu gün sərgilədiyi zəif siyasətə baxmayaraq mübarizədini davam etdirir. Onun Türkiyəyə səfəri və səfərdən məmnunluq ifadə etməsi sübut edir ki, “mübarizə bu gün də var, yarın da”...

  Qarşıdakı günlərdə bir sıra suallara aydınlıq gələ bilər, xüsusilə gözlənilən Tramp və Putin görüşməsindən sonra. 

 İlham İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Fevral 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri