Putinlə Buş 11 sentyabr teraktından sonra nə danışıb? Stenoqram açıqlandı
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
“Biz bu əlaqələri təhlükəyə atmamalıyıq. Başa düşürəm ki, Səddam Hüseynlə bağlı heç vaxt konsensusa gələ bilməyəcəyik, lakin mən BMT-də konsensus yaratmaq üçün çox çalışmışam”.
Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın 43-cü prezidenti Corc Buş (kiçik) 2003-cü ildə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında vurğulayıb. Danışıqların mətni Corc Vaşinqton Universitetinin “Milli Təhlükəsizlik Arxivi” ictimai araşdırmalar təşkilatı tərəfindən açıqlanıb.
Milli Təhlükəsizlik Arxivinin açıqladığı sənədlər arasında 2003-cü ilin martında iki lider arasında telefon danışığından sonra hazırlanmış Ağ Ev memorandumu da var.
“Əminəm ki, hadisələrin necə cərəyan etməsindən asılı olmayaraq, biz dialoqumuzu davam etdirəcəyik”, – ABŞ-ın İraqa müdaxiləsinin Rusiya və Ağ Ev arasında əməkdaşlığa təsirindən danışarkən Corc Buş (kiçik) vurğulayıb.
O, ABŞ-ın İraq siyasətinin digər ölkələr tərəfindən tənqid edilməsinə də toxunub.
“Məsələn, Parisdə anti-ABŞ əhvali-ruhiyyəsi var və buna görə də Fransaya qarşı ciddi reaksiya var ki, onunla mübarizə aparmaqda çətinlik çəkirəm. Siz öz fikirlərinizdə möhkəm dayansanız da, bizim münasibətlərimizə hörmətlə yanaşdınız. Buna görə sizə təşəkkürümü bildirmək istəyirəm”, – kiçik Buş əlavə edib.
Dərc edilmiş sənədlər arasında 12 sentyabr 2001-ci il tarixində Rusiya və ABŞ liderlərinin telefon danışığının stenoqramı da var. Ağ Ev rəhbəri 2001-ci il sentyabrın 11-də Nyu-York və Vaşinqtonda baş verən terror aktlarından sonra da Vladimir Putinə terrorizmə qarşı mübarizədə birləşmək arzusunu bildirib.
V.Putin də öz növbəsində Rusiyanın ertəsi gün ABŞ-dakı terror aktlarında həlak olanların xatirəsinə bir dəqiqəlik sükutla yad ediləcəyini, bayraqların endiriləcəyini və bütün əyləncə tədbirlərinin ləğv ediləcəyini açıqlayıb.
Xatırladaq ki, 11 sentyabr 2001-ci ildə “Əl-Qaidə” qruplaşmasından olan 19 terrorçu ABŞ-da dörd sərnişin təyyarəsini ələ keçirib. Onlardan ikisini Dünya Ticarət Mərkəzinin “əkiz” qüllələrinə – o zamanlar Nyu-Yorkun ən hündür binalarına, üçüncüsünü isə Vaşinqton yaxınlığında yerləşən Pentaqon binasına yönəldiblər. Dördüncü təyyarə də ABŞ paytaxtına doğru istiqamət götürüb, lakin Pensilvaniya ştatındakı Şanksvill şəhəri yaxınlığında qəzaya uğrayıb. Terror aktları nəticəsində 2 977 insan həlak olub.
Baxış sayı:78
Bu xəbər 08 Yanvar 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















