Putinlə danışdım, Rusiya cavab verəcək TRAMP
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ- Prezident Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apardığını bildirib.
Modern.az xəbər verir ki, Tramp bu barədə özünün "Truth Social" platformasında paylaşım edib.
“Rusiya Prezidenti Vladimir Putinlə təxminən 1 saat 15 dəqiqə davam edən telefon danışığımız oldu. Biz Ukraynanın Rusiyaya məxsus strateji aviasiya təyyarələrinə hücumu və digər qarşılıqlı hücumlar barədə danışdıq,” - deyə Tramp bildirib.
O, söhbəti “yaxşı” adlandırsa da, danışıqların dərhal sülhə gətirib çıxarmayacağını vurğulayıb.
Trampın sözlərinə görə, Putin Ukrayna tərəfindən Rusiyanın aerodromlarına edilən son hücumlara cavab verməyə məcbur qalacağını “çox qətiyyətli şəkildə” bildirib.
Söhbət zamanı tərəflər İran məsələsini də müzakirə ediblər. Tramp qeyd edib ki, “İranın nüvə silahı ilə bağlı qərar verməsi üçün vaxtı tükənir və bu qərar tezliklə verilməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 04 İyun 2025 21:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















