Putinlə görüşən “Rusiya Qəhrəmanı” Ukraynada öldürüldü
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Prezidenti Vladimir Putinin vaxtilə şəxsən görüşə dəvət etdiyi və “Rusiya Qəhrəmanı” adına layiq görülən hərbçi Naran Oçir-Qoryayev Ukraynada gedən döyüşlər zamanı həlak olub.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Kalmıkiya Respublikasının rəhbəri Batu Xasikov məlumat verib.
Rusiya mediasının yazdığına görə, Naran Oçir-Qoryayev 2022-ci ildən döyüş bölgəsində olub və Soledar, eləcə də Seversk istiqamətində döyüşlərdə iştirak edib.
Bildirilir ki, o, 2025-ci ilin dekabrında Vladimir Putinlə keçirilən “birbaşa xətt” proqramından sonra daha geniş tanınıb. Həmin vaxt Rusiya prezidenti hərbçini şəxsən dəvət edərək ondan Donetsk vilayətində yerləşən Seversk şəhərinin “azad olunması” barədə danışmasını istəyib.
Rusiya mediasının məlumatına görə, Oçir-Qoryayevin komandanlıq etdiyi rota 80-dən çox yaşayış evini nəzarətə götürüb və Ukrayna Silahlı Qüvvələrinin 36 dayaq məntəqəsini məhv edib.
Qeyd edək ki, ona “Rusiya Qəhrəmanı” adı bir il əvvəl prezident fərmanı ilə verilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 06 İyun 2026 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















