Putinlə Pezeşkian nəyi müzakirə edəcəklər? AÇIQLAMA
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinin (MDB) sammitində iştirak etmək üçün Türkmənistana səfəri çərçivəsində cümə günü iranlı həmkarı Məsud Pezeşkian ilə ikitərəfli görüş keçirəcək.
Maraqlıdır, görüş çərçivəsində hansı mövzular müzakirə oluna bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Sədrəddin Soltan bildirdi ki, Putinlə Pezeşkian arasında MDB sammiti çərçivəsində keçiriləcək görüşdə müzakirə ediləcək çox məsələ var:
"Əvvəla, hər iki ölkə Qərb ölkələrinin, yaxud Qərb blokuna daxil olan ölkələrin müəyyən etdiyi sanksiyalarla üzləşib və hər iki ölkə bu sanksiyaların ağır fəsadlarından azad olunmaq istəyir. Digər tərəfdən, bu sanksiyalar vasitəsilə yaranan vəziyyətdən xilas olmaq yollarını araşdırırlar".
Müsahibimiz hesab edir ki, bu iki ölkənin prezidentləri arasında ilk növbədə İranın iqtisadi vəziyyəti, İranda təbii qaz və neft hasilatı, eləcə də neft və qazın ixrac olunması məsələləri müzakirə oluna bilər:
"Həmçinin ABŞ-nin İrana təklifləri və İranın bundan gözləntiləri kimi məsələlər də bu görüşdə müzakirə edilə bilər. Məsud Pezeşkianın MDB çərçivəsində iştirakı da mühüm məsələdir. Çünki bu ölkələrin əksəriyyəti Ukraynanın ərazi bütövlüyünü tanıyır və müdafiə edir. Əsasən də onunla bağlı yardımın konkretləşdirilməsi məsələsi müzakirə oluna bilər".
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 07 Oktyabr 2026 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















