Icma.az
close
up
RU
Putinlə razılaşmışıq dedi, həqiqət üzə çıxdı Kremlə qazandıran hədə

Putinlə razılaşmışıq dedi, həqiqət üzə çıxdı Kremlə qazandıran hədə

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun avqustun 6-da Rusiya Prezidenti Vladimir Putinlə görüşü Ağ Evdə müsbət dəyərləndirilib. Prezident Donald Tramp görüşün məhsuldar keçdiyini bildirib. Hətta Almaniya kanslerinə zəng edərək onunla bu barədə müzakirə aparıb.

Sözügedən görüşlə bağlı Rusiya mətbuatında da müsbət yanaşmalar nəzərə çarpır. Avqustun 7-si gecə yarısı isə Trampın təsdiqlədiyi qarşılıqlı tariflər qüvvəyə minib. Maraqlıdır ki, Tariflərin tətbiq olunduğu ölkələr arasında Rusiya yer almayıb.

Beləliklə, bu, Vaşinqtonla Moskva arasında gərginliyin azalmasına təkan verə bilərmi? Kreml Ağ Evin sülh şərtləri ilə razılaşacaq?

Globalinfo.az-a danışan politoloq Mütəllim Rəhimov deyib ki, Donald Tramp atəşkəsin əldə olunması üçün Rusiyaya 10 gün vaxt verdiyini açıqlamışdı və avqustun 8-də həmin müddət başa çatır:

“Tramp Rusiyaya təsir gücünü sübut etməlidir. Lakin mövcud mənzərə göstərir ki, Moskva heç bir hədəyə baş əyib geri çəkilmək niyyətində deyil və döyüşləri əvvəlki templə davam etdirir. Bu isə ABŞ prezidentinin həm ölkə daxilində, həm də beynəlxalq miqyasda imicinə ciddi zərbə vurur. Ona görə də Tramp hədə dolu bəyanatından çıxış yolu axtarır. Çünki artıq böyük dövlətlər onun bu cür ittihamlarına əhəmiyyət vermirlər.

Məsələn, Rusiya neftindən imtina etməyəcəyi təqdirdə Hindistana ixrac olunacaq məhsullara əlavə 25 faiz rüsum tətbiq ediləcəyi ilə bağlı hədələri heç bir nəticə vermədi. Dehli bu məsələdə geri addım atmadı. Eyni hədələr Çin üçün də təsirli olmadı. Əksinə, bu gün Birləşmiş Ştatlar Çinin analoji addımlarından daha çox əziyyət çəkir. Kreml da Trampın hədələrinə əhəmiyyət vermir. Görünür, ABŞ-ın Rusiyaya bundan artıq təsir göstərə biləcəyinə inanmır. Onsuz da Ukraynaya Avropa İttifaqı ilə birlikdə silah yardımı edilir, humanitar dəstək göstərilir. Üstəlik, Rusiyaya qarşı sanksiyalar da tətbiq olunub. Daha nə edilə bilər ki, Rusiya geri çəkilsin?”


Mütəllim Rəhimli 

Politoloqun sözlərinə görə, ilk növbədə ABŞ və Avropa İttifaqı ölkələri Ukrayna savaşına səmimi münasibət göstərməli, fikir ayrılıqlarına son qoymalı və bu məsələdə oyun oynamadıqlarını təsdiqləməlidirlər:

“Yalnız belə bir vəziyyətdə Ukraynaya güclü dəstək verilə bilər. Bu, həm də Rusiyaya qarşı tutarlı cavab olar. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvaya səfəri də Trampı mövcud dalandan çıxarmağa hesablanıb. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun açıqlamasından da görünür ki, heç bir razılıq əldə olunmayıb. Uitkoffun gətirdiyi təkliflərə alternativ olaraq Putin öz şərtlərini irəli sürüb. Bu isə irəliləyiş kimi qiymətləndirilə bilməz.

Görünür, ABŞ Ukrayna məsələsində bir müddət əvvəl Rusiya ilə aparılan danışıqları davam etdirmək niyyətindədir. Həmin danışıqlarda da iki dövlət arasında razılaşma əldə olunmamışdı. Çox güman ki, indiki “çəkişmələr” o mərhələyə yenidən qayıtmaq və tərəflərin güzəşt limitlərini müəyyənləşdirməyə xidmət edir”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Avqust 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri