Putinlə Tokayev arasında telefon danışığı oldu
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı telefon danışığında bir-birilərinə başsağlığı veriblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçıları dekabrın 25-də Aktau şəhəri yaxınlığında göyərtəsində Rusiya və Qazaxıstan vətəndaşlarının da olduğu “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı veriblər. İki ölkə liderləri həm Azərbaycan təyyarəsi ilə baş vermiş faciəvi insidentin bütün hallarının araşdırılması ilə bağlı məsələlər, həm də Rusiya-Qazaxıstan əməkdaşlığının gələcək inkişafı üçün aktual mövzular üzrə daimi təmasda olacaqlar", - məlumatda deyilib.
Baxış sayı:71
Bu xəbər 28 Dekabr 2024 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















