Putinlə Trampın görüşünə hazırıq Orban
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Tramp arasında yeni görüşün keçirilməsinə dair razılaşma sülhün möhkəmləndirilməsi üçün gözəl imkan yaradır.
Axar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Rusiya və Amerika liderləri arasında növbəti görüşün tezliklə Budapeştdə keçiriləcəyi ilə bağlı xəbərləri şərh edərkən bildirib.
"ABŞ və Rusiya prezidentləri arasında planlaşdırılan görüş bütün dünyada sülhsevər insanlar üçün əla xəbərdir. Biz hazırıq!" - baş nazir yazıb.
Qeyd edək ki, Putinlə telefon danışığından sonra Tramp tezliklə Macarıstanın paytaxtında görüşməyə razılaşdıqlarını açıqlayıb.

ABŞ Putinlə Trampın görüşünə hazırlıqlarını açıqladı
03 Mart 2025 10:14
Putinlə Trampın şəxsi görüşünə ehtiyac var Peskov
16 May 2025 14:48
ABŞ Trampın Rusiya prezidenti Putinlə görüşünə hazırlığa başlayıb
12 Yanvar 2025 20:57
Şolz Putinlə Trampın görüşünə dair: Pis xəbər deyil
12 Yanvar 2025 11:46
Orban Avropanı Trampın Putinlə görüşündə sülh səylərini dəstəkləməyə çağırıb
11 Avqust 2025 01:44

