Putinlə Zelenski Parisdə görüşə bilməz Makrondan açıqlama
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında ikitərəfli görüş üçün mümkün məkan kimi Cenevrəni qeyd edib.
"Unikal" xəbər verir ki, bu barədə Fransa prezidenti TF1 telekanalına müsahibəsində bildirib.
Makron Parisdə görüşün keçirilməsi ehtimalını rədd edib. O qeyd edib ki, vəziyyət başqa mərhələdədir və neytral ölkə tapmaq lazımdır: "Bəlkə İsveçrə, mən Cenevrənin tərəfdarıyam. Yaxud başqa ölkə ola bilər. Sonuncu dəfə ikitərəfli məsləhətləşmələr Türkiyədə, İstanbulda olub".
Dövlət başçısı əlavə edib ki, Vaşinqtonda Avropa liderləri, həmçinin ABŞ Prezidenti Donald Tramp və Volodimir Zelenskinin iştirakı ilə keçirilən görüşdə Rusiya Federasiyası ilə Ukrayna arasında yüksək səviyyəli ikitərəfli təmasların aparılması imkanları müzakirə edilib.
Ağarza Elçinoğlu
Baxış sayı:41
Bu xəbər 19 Avqust 2025 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















