Icma.az
close
up
RU
Putinlə Zelenskini gözləyən aqibət 85 il öncəki olay təkrarlana bilər

Putinlə Zelenskini gözləyən aqibət 85 il öncəki olay təkrarlana bilər

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ukrayna Prezidenti Volodimir Zelensiki sağlığında, Rusiya Prezidenti Vladimir Putin isə öləndən sonra elə öz xalqları tərəfindən lənətlənəcək”.

Globalinfo.az xəbər verir ki, bunu REAL partiyasının sədri Natiq Cəfərli deyib.

O qeyd edib ki, müharibədə Ukrayna Rusiyaya, Rusiya isə ABŞ-a uduzacaq:

“Tarixdə elə hadisələr var ki, dərhal obyektiv qiymət vermək mümükün deyil. Mütləq zaman keçməlidir ki, baş verənləri dərk edəsən.  Məsələn, 1939-40 ci illərdə SSRİ Stalinin qərarı ilə Finlandiyaya hücum etdi, qanlı müharibə başladı. Bu, 105 gün davam etdi, Finlandiya 67 minə yaxın insanını itirdi, SSRİ-nin itkiləri isə 95348 nəfər oldu.

Müharibə başlayandan 105 gün sonra Finlandiyanın o zamankı lideri Carl Gustaf Mannerheim torpaqlarının 10 faizini itirmək şərti ilə sülh müqaviləsi bağladı, neytral statusu qəbul etdi. İkinci Dünya müharibəsindən sonra Finlandiya neytral statusunu gözəl istifadə edərək dünyanın ən inkişaf etmiş ölkələrindən birinə, bir çox sahələrdə isə ən çox inkişaf etmiş ölkəsinə çevrildi. Bu fenomen dünya siyasi ədəbiyyatına “Finlandizasiya” termini ilə düşdü. Bu gün isə Finlandiya artıq həm də NATO-nun üzvüdür.

Tarix üçün 85 il andır, saniyədir, heç nədir. Amma o gün əslən isveç olan Mannerheimi “topa tutanlar”, onu satqın adlandıranlar var idi, buna baxmayaraq tarix onu haqlı çıxardı. Həm də ona görə ki, Finlandiyaya ayrılan yardımlar korrupsiyaya yem olmadı, demokratik sistem quruldu, xalq məsuliyyətini hiss edib çiçəklənən ölkə qurdu. Zelenski təbii ki, Mannerheim deyil”.

N.Cəfərli qeyd edib ki, Zelenskinin siyasi həyatı indi bitəcək və çox ağır dönəmdən keçəcək:

“Putin üçün eyni şeylər onun ölümündən sonra olacaq. Necə ki, hətta SSRİ-də, Dünya Müharibəsinin qalibi olan Stalin belə, ölümündən sonra siyasi anlamda “parça-parça” oldu. Bu gün Ukrayna xalqı çox ağır seçim qarsısındadır: yaxşı seçim heç yoxdur, pis və çox pis seçim var.

Ukrayna xalqı 4 ilə yaxındır ki, qəhrəmanlıq nümunəsi, oğru elitasına baxmayaraq müqavimət göstərir, amma resurslar bitir, tükənir. Kiyev üçün dünyanın bütün silahlarını, pullarını versən də vəziyyət dəyişmir, dəyişməyəcək. Çünki artıq yorulublar, könüllü vuruşmaq istəyənlərin sayı azalıb.  Bu gün Ukrayna “Finlandizasiya” modelinə keçsə, bəlkə 10-15, bəlkə 20 ildən sonra Avropanın ən inkişaf etmiş ölkəsi, sonda NATO üzvü ola bilər. Hətta post-Putin dönəmində öz torpaq itkilərini də qaytara bilər. Başqa yol, təəssüf ki, görünmür”.

Əliyar Xəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Noyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri