Icma.az
close
up
RU
Qabil və digərləri Azərbaycana nə vaxt gətiriləcək? Yeni addımlar ATILACAQ

Qabil və digərləri Azərbaycana nə vaxt gətiriləcək? Yeni addımlar ATILACAQ

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bu günlərdə Azərbaycan Respublikasının Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq ölkə ərazisindən kənarda gizlənən İlqar Hacıyevi, Məhəmməd Mirzəlini, Qurban Məmmədovu, Elşad Məmmədovu, Qabil Məmmədovu, Tural Sadıqlını İstintaq İdarəsinə çağırıb.

Baş Prokurorluqdan verilən rəsmi məlumata görə, Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən bu şəxslərə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildirişlər göndərilib. Onlar bir sıra cinayətlərdə ittiham olunurlar. 

Modern.az-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, faktiki olaraq xaricdə yaşayan, sosial media üzərindən Azərbaycan əleyhinə təbliğat aparan, Azərbaycan qanunlarının pozulması ilə müşahidə olunan verilişlər və çıxışlar hazırlayaraq ölkənin daxilində ictimai-siyasi sabitliyin pozulmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və digər qanunsuz aksiyaların təşkil edilməsinə çağırışlar edən bir neçə şəxs barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən istintaq orqanına gəlmələri üçün çağırış göndərilib:

“Belə olan halda bu şəxslərlə bağlı sual yaranır ki, onlar Azərbaycana istintaq orqanına gələcəklərmi? Gəlməyəcəkləri halda nə baş verəcək? Onların bir çoxları barəsində əvvəllər də Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən cinayət işi başlanmış və barələrində həbsli axtarışlar verilmişdir. Lakin bunun icra edilməsi mümkün olmadıqda yeni hallar üzrə digər istintaq aparılan qurumlarda ikili istintaq gedirsə, bir icraatda birləşdirilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şəxslərin istintaqa gəlməsi üçün ilkin addımlar atılmış və məlumatlar verilmişdir”.

Onlar istintaqdan yayınmaqda davam etsələr nə baş verəcək?

Müsahibimizin sözlərinə görə, Azərbaycan qanunvericiliyi imkan verir ki, onların özü olmadan da barələrində qiyabi icraat işləri başlanılsın:

“Prokurorluğun təqdimatı ilə onlar barəsində məhkəmə tərəfindən həbsli və digər qərarların verilməsi mümkündür. Görünən budur ki, aprel ayında istintaqa dəvət olunan şəxslər müvafiq orqana gəlməsə, onlar barəsində əvvəlki işlərlə birləşdirilərək qiyabi icraat başlanılacaq. Məhkəməyə müraciət edilməklə, qiyabi məhkəmələrin keçirilməsi təmin ediləcək. Belə olan halda onların iştirakı olmadan barələrində məhkəmə qərarları çıxarılacaq. Səhv etmirəmsə, Rəhim Qazıyevlə bağlı belə bir məhkəmə qərarı var idi, o Moskvada tutularaq Azərbaycana gətirildi. Məhkəmənin qərarı olduqdan sonra, axtarışlar davam etdirildiyi halda onlar ölkəyə gəlmədikləri halda belə beynəlxalq axtarışa düşürlər. Onlar digər ölkələr tərəfindən saxlanıldıqda Azərbaycan Respublikası ilə müəyyən danışıqlar aparılır, onların günahını sübut edən ittiham aktları istintaq orqanları tərəfindən həmin ölkəyə təqdim edilir. Daha sonra həmin şəxslər razılaşma ilə Azəbaycan ekstradisiya edilə bilər. Mən elə hesab edirəm ki, bu istintaq orqanlarının atdığı ilkin addımdır. Növbəti dövrlərdə qanunlar çərçivəsində yeni addımların da atılacağının şahidi olacağıq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Mart 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri