Icma.az
close
up
RU
Qabiliyyət imtahanı ödənişsiz olacaq?

Qabiliyyət imtahanı ödənişsiz olacaq?

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Son illərdə ali təhsil müəssisələrində keçirilən qabiliyyət imtahanlarının ödənişli olması və qiymət artımı ictimaiyyətdə narazılıq doğurub.
Təhsil eksperti Qoşqar Məhərrəmov qabiliyyət imtahanlarının ödənişli olması və son dövrlərdə bu imtahanların qiymətinin 100% artması ilə bağlı Bizim.Media-ya açıqlama verib.
Ekspert bildirir ki, illər əvvəl 20 manat olan qabiliyyət imtahanı bu gün 40 manatadır və bu, ictimaiyyətdə haqlı suallar doğurur:
“Baxsaq, görərik ki, bu imtahanların qiyməti ikiqat artıb. Burada bir məsələni də unutmamalıyıq:
universitetlərin də xərcləri olur. İmtahanın təşkili üçün heyət ayrılır, nəzarətçi, təşkilatçı, texniki işçilər çalışır. Bütün bunlar təbii ki, əlavə maliyyə vəsaiti tələb edir. Amma bu artımın əsaslandırılması vacibdir. Qiymət artımı sadəcə inflyasiyaya uyğunlaşdırılıbsa, bu, şəffaf şəkildə ictimaiyyətə izah olunmalıdır”, - deyə o, bildirib.
Qoşqar Məhərrəmov beynəlxalq təcrübəyə də toxunaraq bildirib ki, bir çox ölkələrdə universitetə müraciət zamanı müəyyən məbləğdə müraciət haqqı alınır:
“Məsələn, bir çox Avropa və Amerika universitetlərində siz sənədləri göndərərkən müraciət haqqı ödəyirsiniz. Bu ödəniş sənədlərinizin araşdırılması, qiymətləndirilməsi, bəzən isə onlayn və ya əyani müsahibəni əhatə edir. Lakin bu sistemdə şəffaflıq və əsaslandırma ön plandadır. Hər bir tələbəyə izah olunur ki, bu vəsait nəyə xərclənir. Bizdə isə artım var, amma bunun izahı yoxdur”.
Ekspert hesab edir ki, qabiliyyət imtahanlarının tam ödənişsiz həyata keçirilməsi də mümkündür, amma bu, dövlətin təhsil siyasətində bu istiqamətdə prioritet ayırmasına bağlıdır:
“Əgər dövlət bu imtahanları sosial əhəmiyyətli hesab edərsə, subsidiyalar ayırmaqla bu prosesi pulsuz edə bilər. Bu, xüsusilə aztəminatlı ailələrin övladları üçün mühüm bir dəstək olar”, - deyə o, qeyd edib.
Mütəxəssis qeyd edir ki, təhsildə şəffaflıq və vətəndaş məmnuniyyəti prinsipləri əsas götürülməlidir və bu baxımdan, qabiliyyət imtahanlarının qiyməti məsələsində ictimaiyyətə dolğun məlumat verilməlidir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:308
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 May 2025 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri