Qabiliyyət imtahanlarına qeydiyyat üçün son günlər
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qabiliyyət imtahanlarına qeydiyyat gələn həftə bitir.
Milli.Az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin (subbakalavrların) elektron qeydiyyatı 2 iyun saat 23:59-da bitir.
Abituriyentlər ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının aid olduğu 1 istiqamət üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər.
Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur. Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlərin Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ilk cəhdinin nəticəsi "qeyri-məqbul" olsa belə, qeydiyyatdan keçə bilərlər. Lakin bu abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 21 iyun tarixində keçiriləcək Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ikinci cəhdində "məqbul" aldıqları təqdirdə müsabiqəyə buraxılacaqlar.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:305
Bu xəbər 30 May 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















