Qabiliyyət tələb edən ixtisaslara imtahan necə aparılacaq? RƏSMİ
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının Musiqi sənəti istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslarında nəzəriyyə fənləri üzrə imtahanlar ənənəvi olaraq test üsulu ilə keçiriləcək.
Xatırladaq ki, abituriyentlər, həmçinin subbakalavrlar ixtisas imtahanlarında iştirak edib müsbət qiymət aldıqdan sonra nəzəriyyə fənləri üzrə imtahanlarda iştirak hüququ qazanırlar.
“Cebheinfo.az” xəbər verir ki, iştirakçıların imtahana daha da yaxşı hazırlaşmalarını təmin etmək üçün musiqi nəzəriyyəsi və solfecio, harmoniya və solfecio, musiqi ədəbiyyatı fənləri üzrə onlayn sınaq imtahanları otk.az saytında yerləşdirilib.
Abituriyentlər müvafiq keçidlərə (Azərbaycan bölməsi və rus bölməsi) daxil olaraq onlayn sınaq imtahanlarında iştirak edə bilərlər.
Sayta yerləşdirilmiş onlayn sınaqda (Musiqi sənəti (№ 3)) dörd imtahan istifadəçilərə təqdim edilib:
• Musiqi nəzəriyyəsi və solfecio (30 sual);
• Harmoniya və solfecio (30 sual);
• Musiqi ədəbiyyatı (30 sual);
• Nəzəriyyə fənləri üzrə imtahan (60 sual).
Musiqi nəzəriyyəsi və solfecio, Harmoniya və solfecio fənləri üzrə verilmiş 30 sualdan 25-i nəzəri biliklərin yoxlanılmasına, 5-i isə eşitmənin təyininə aiddir. Musiqi ədəbiyyatı fənni üzrə verilmiş 30 sualdan 20-si Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığını, həmçinin müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin yoxlanılmasına, 10 sual isə musiqi nümunələrinin təyin edilməsinə aiddir.
Nəzəriyyə fənləri üzrə imtahanda verilmiş 60 sualdan 20-si Musiqi nəzəriyyəsi və solfecio fənni üzrə (5 dinləmə, 15 nəzəri sual), 20-si Harmoniya fənni üzrə (5 dinləmə, 15 nəzəri sual), 20-si Musiqi ədəbiyyatı fənni üzrədir (8 dinləmə, 12 nəzəri sual).
Qeyd edək ki, 20-ci komissiyadan başqa bütün komissiyalar üzrə imtahan fənləri hər biri ayrılıqda təqdim edilib. Yalnız 20-ci komissiya üçün nəzəriyyə fənləri üzrə imtahan 60 sualdan ibarət olaraq birgə təqdim edilib.
Musiqi sənəti istiqaməti üzrə ixtisasların komissiyalar üzrə bölgüsü, qeydiyyat zamanı nəzərə alınan şərtlər və imtahanların siyahısı ilə buradan tanış ola bilərsiniz.
Musiqi sənəti istiqamətinin ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul şərtləri və qaydaları, eləcə də qiymətləndirmə meyarları, imtahan proqramları haqqında bütün məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Musiqi sənəti ” adlı vəsaitdə dərc ediləcək.
Nigar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 08 Yanvar 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















