Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

İraola: “Belə bir şey baş verməməlidir”

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

“Qabırğalarım qırıq qırıq idi...” Möcüzə ilə sağ qalan Ayla

“Qabırğalarım qırıq qırıq idi...” Möcüzə ilə sağ qalan Ayla

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bəzən bir hadisə insanın həyatını iki hissəyə bölür. Gənc müğənni Ayla Şiriyeva (Aila Rai) üçün bu, ötən il yanvarın 30-da baş verdi. Şahdağdan qayıdarkən baş verən ağır avtomobil qəzası onun həyatına təkcə fiziki deyil, mənəvi baxımdan da yeni bir mərhələ gətirdi.

Aradan 1 il 3 ay ötür. Bu müddət ərzində o, uzun və çətin müalicə prosesindən keçib. Amma diqqətçəkən əsas məqam itkilər deyil, onun bu vəziyyətə münasibətidir. Təkərli arabada olan 27 yaşlı müğənni sosial şəbəkələrdə paylaşdığı motivasiya dolu fikirləri, pozitiv duruşu ilə yalnız öz həyatını deyil, başqalarının da baxışını dəyişməyə çalışır.

“Qafqazinfo” olaraq Ayla Şiriyeva ilə söhbətimiz həm də insanın ən ağır məqamlarda belə necə ayaqda qala bilməsi, ümidini itirməməsi və bəzən özünü sıfırdan qurmalı olması barədədir.

- Yenidən yaradıcılığa başladınız. Yeni mahnınızda da sanki kimlərəsə mesaj göndərirsiniz...

- Çox adam elə başa düşüb ki, mən bu mahnı vasitəsilə kimlərəsə mesaj ötürürəm. Amma doğrudan da heç kimə mesaj ötürmürəm. Bu layihəni sadəcə olaraq sırf “xatirələrim yenə vərəq-vərəq gözümdə canlandı” sözlərinə görə işlədim. 

- İndi musiqi sizin üçün nə ifadə edir?

- Musiqi mənim üçün hər şeydir. 6 yaşımdan professional olaraq musiqi ilə məşğulam. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişəm. İnstrumental ifaçılıq (fleyta) və fortepiano, eyni zamanda caz-vokal üzrə. Ondan sonra Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavr, magistr pilləsi... Musiqi mənim üçün həyatdır. 

- Ayla xanım, “həyatım alt-üst oldu” deyə bir ifadə var. Qəzanın sizin həyatınızda yaratdığı dəyişiklik göz qabağındadır. Bəs sizə qazandırdığı nə oldu?

- Mən əslində hər zaman şükür edən adam idim. Amma bu vəziyyətdən sonra daha çox, hər saniyə şükür etməyə başladım. Dedim ki, “Allah, çox şükür ki, əllərimi və ayaqlarımı mənə bağışlamısan”. Gerisi isə məndən asılıdır. Yəni əgər bir insan nəyisə istəyirsə, bu olacaq. Kimlər buna inanmırsa, inansınlar. Mənim bu həyatda qalmağım belə möcüzədir. Bu gün bu mübarizəni aparmağım belə böyük bir möcüzədir. Ona görə də hər saniyələrinə şükür etsinlər. Bu vəziyyətdə olan insanlar əsla düşünməsinlər ki, həyatları məhv oldu. Bəlkə də, sizin həyatınız indi başlayır. Necə ki, mənim həyatım yeni başlayır. Bu gün Allahdan mənə güc-qüvvət verməsini istəyirəm. Hərdən özümə sual verirəm: Mənə nə qədər güc verilib ki, bu hadisədən dəli olmadan çıxa bilirəm?!

- Həmin gün Şahdağdakı istirahətiniz necə keçmişdi? 

- “Bir də geri dönüb təzədən gedərdinmi?” - desələr... Gedərdim, amma bəzi insanları çıxmaq şərtilə. Ora getdiyimə heç bir halda peşman deyiləm. Lakin bir-iki şəxs var idi ki, gərək onlar olmayaydı. Mən bunu yaşamalı idim və yaşadım. Betərin betəri də var deyirlər. Ola bilərdi həmin gün orada yox, başqa yerdə, başqa bir şey yaşayardım. Bu vəziyyəti qəbullanmaq çox asandır. Amma mübarizə aparmaq çətindir. 

- Müalicə müddəti sizin üçün fiziki və psixoloji baxımdan necə keçir? Gün ərzində nə qədər zamanınız gedir?

- Gün ərzində 7-8 saat fizioterapiyalarda, müalicələrdə oluram. Desəm ki, psixoloji olaraq çox asandır, hər şey əladır, yox. Bu ağrıları fiziki olaraq qaldıra bilərəm, amma psixoloji çox çətindir. Mənim o qədər güclü ağrılarım olub ki, onları heç kimə hiss etdirməmişəm. O ağrını gizlətməkdən əllərim dişlək-dişlək olub. Mənim içimdə qopan fırtınaları ancaq mən bilirəm. Hərdən hətta valideynlərimə belə deyirəm ki, siz nə qədər məni başa düşsəniz, mənə görə pis olsanız da, mənim içimdəkiləri bilə bilməzsiniz. Hərdən deyirəm ki, mənim ürəyim yara bağlayıb. Bu gün 27 yaşımda özümü 50 yaşlı qadın kimi hiss edirəm. Desəm ki, peşmanam, yox. Ən azından daha tez böyüdüm, gözüm açıldƏtrafımdakı insanları tanıdım. Başa düşdüm ki, kimlər məni həqiqətən sevir, kimlər isə sadəcə artistlik edir. 

- Belə müalicələr həm də maddiyyat tələb edir. Bu vaxta qədər müalicəyə nə qədər xərciniz çıxdı? İcbari Tibbi Sığorta ilə qarşılandımı?

- Məbləğ deməyəcəuəm. Çünki bu mənim şəxsimdir və ailəmlə bağlı olan bir şeydir. Sadəcə onu deyim ki, mənim xalam və atam olmasaydı, indiki vəziyyətə gəlib çıxa bilməzdim. Onların dəstəyi mənimlə olub. Heç kim iddia edə bilməz ki, “biz Aylaya dəstək, kömək olmuşuq”. Cüzi dəstəklər, əlbəttə, olub. Hansı ki, mən də kiminsə yanına gedəndə o dəstəyi göstərmişəm. Amma ən böyük dəstək, dayaq ailəmdən olub. Yaxşı ki, atam var. Allah onu üstümdən əskik etməsin. Onu çox sevirəm. Mən həmişə ailəmə çox bağlı olmuşam, bu hadisədən sonra isə başa düşdüm ki, insana qalan ailəsi olur. 

İcbari Tibbi Sığortadan isə mənə heç bir yardım edilməyib. Çünki müraciət etməmişəm. Ona görə ki, ayrılacaq olan o cüzi yardım mənə kömək olmayacaqdı. Bu vəziyyətdən çıxmaq çox böyük maddiyyat tələb edir.  

- Xəstəxanada nə kimi çətinliklər yaşadınız? Ümumiyyətlə, hazırda qarşılaşdığınız problemlər, şikayətləriniz nələrdəndir? 

- Mən özəl klinikada müalicə aldığım üçün heç bir şikayətim olmayıb. Vəziyyətim elə idi ki, özəl klinikadan başqa heç bir yerdə qala bilməzdim. Düşünün, qaldırmaq üçün 6-7 nəfər gəlirdi ki, məni o biri tərəfə çevirsinlər. Bütün qabırğalarım qırıq-qırıq idi. 

- Musiqiçilərin qazancı adətən toylar, el şənliklərindən olur. Bəs sizdə necədir, qazancınız sizi təmin edə bilirmi?

- Hazırda mənim elə böyük qazancım yoxdur. Bu müddət ərzində öz tələbələrimi yetişdirirəm. İndiki qazancım da tələbələrimdəndir. Başqa qazancım yoxdur. Amma əvvəllər təbii ki, toylara, el şənliklərinə də gedirdim. Öz qazancım da var idi. 

- Təkərli arabada hərəkət edən adamlar bu gün Bakıda çox problemlərlə qarşılaşırlar. Keçidlərdə pandus məsələləri xüsusilə narahatlıq yaradır. İstər mediada, istərsə də sosial şəbəkələrdə xeyli paylaşımlar olur. 

- Çox gözəl mövzuya toxundunuz. İnanın ki, bizim vəziyyətdə olan insanlar üçün demək olar ki, şərait  yaradılmayıb. Yanımızda adam yoxdursa, xüsusilə bir kişi yoxdursa, rahat hərəkət edə bilmirik. Buna bir tədbir görülməlidir. Doğuşdan belə problemi olanlar var, olduqca çətindir. Mən də bu problemlə qarşılaşıram. Günün 16-17 saatını mənimlə keçirən, yanımda olan rəfiqəm var. Mənim arabama güc verməkdən belində problem yaranıb. Çox çətindir. 

- Xarici ölkələrdə belə şəxslər sosial mediadan daha çox istifadə edirlər və paylaşımlarında aktiv həyat tərzlərini, öz işlərini elə özlərinin həll edə bildiyini görürük. Bizdə isə belə şey nadir hallarda olur. Buna mane olan nədir? İctimaiyyətin baxışı, ya elə şəraitsizlik?

- Sosialda paylaşımlardan söhbət gedirsə, bu, çox zaman kompleksdən irəli gəlir. İnsanlar var ki, belə vəziyyətdə olduqları üçün kompleks keçirilər. Mən bu gün aktiv şəkildə paylaşımlar edirəm. Müalicəmi, mübarizəmi paylaşıram ki, insanlara dəstək olum. Bunu onlara motivasiya üçün edirəm. Çünki nə qədər çətin və ağrılı olduğunu bilirəm. Bu müddət ərzində də mənə çox insan yazıb. Başqalarına cavab verməsəm də, onlara mütləq cavab vermişəm. İnsan özünü olduğu kimi qəbul etməlidir. Bu gün mən arabadayam və araba mənim dostumdur. Bir gün onsuz da onu atacağam, amma bu gün əlimdən tutan odursa, niyə utanmalıyam?!

O ki qaldı təkərli arabada olan birinin küçədə tək gəzməsinə... Bu, onsuz da mümkün deyil. Ümumiyyətlə, onlar tək çıxmalı deyil. Çünki bu, risklidir, şərait də yoxdur. 

- Yol qəzaları çox olur. Hər gün belə xəbərlərlə qarşılaşırıq. Özünüz də bunu yaşamış biri kimi sizcə, problemin kökü nədədir? 

- Sükan arxasında olan insanlar çox aqressiv şəkildə, sürətlə maşın sürürlər. Başa düşmürlər ki, sürət insanı ölümə aparır. Sürət həddin nə qədər aşağı olsa, yaşama şansın da bir o qədər çox olacaq. Həmin gün bizim sürətimiz çox olmasaydı, bu gün mən bu halda olmayacaqdım. Sürət var idi, amma boyunlarına da almırlar. Mən həmin vaxt sərnişin oturacağında idim və yatmışdım. Bizim avtoqəzaya baxan hər kəs deyir ki, burada 150-160 sürət var. Nə ehtiyac var idi elə sürətlə sürməyə? Sənin maşınında başqa ailənin övladı varsa, məsuliyyət daşıyırsan. Mən sürət sevən adam deyiləm. Xüsusilə maşınımda başqası varsa, 60-70-lə sürmüşəm. Gedərkən sükan arxasında olan mən idim və 110-luq yolda 60-70-lə sürdüm. 

- Elə an olub ki, “artıq davam edə bilməyəcəyəm” demisiniz? Ayaqda qalmaq üçün özünüzdə gücü haradan tapdınız?

- 1 il 3 ay ərzində cəmi 5 dəqiqləlik demişəm ki, “yoruldum, mən artıq bezmişəm”. Amma səhər durmuşam və özümə demişəm ki, “Hansı ixtiyarla? Yorulmaq nədir? Sənin yorulmağa ixtiyarın yoxdur”. Bu olur arada, ağlayıram və sonra gözümün yaşını silirəm. Çünki ailəmin gözü qapıdadır ki, “qızımız nə vaxt yeriyəcək?” Mən bu mübarizəni özümə görə yox, ailəmə, anama, atama, sevdiklərimə görə aparıram. 

- Bu dövrdə sizə ən çox dəstək olan insanlar kimlər oldu? Sizi ən çox təəccübləndirən dəstək kimdən gəldi?

- Yaxınlar mənə uzaq oldu, uzaqlar yaxın... Elə insanlar var idi ki, mənim yanımda olmalı idilər. Amma onlar yox, qəzadan sonra tanıdıqlarım yanımda olub. Ona görə də çalışın sağlam olun. Çünki sağlam olmasanız, ailənizdən başqa heç kimə lazım olmursunuz. Nə sevgili, nə dost, nə başqa biri. Mənim çox yaxşı dostlarım var, yanımdadırlar. Sənət dostlarımdan da yanımda olanlar çox oldu. Amma çox yaxın bildiklərim yox, heç yaxınlıq gözləmədiklərim yanımda oldular. Mənimlə tez-tez maraqlananlar, Nura xanım, Ayaz Babayev və Hiss olub. 

- Bu hadisədən sonra ən çox nəyi yenidən dəyərləndirməyə başladınız? 

- Həyatı… Həyatı dəyərləndirməyə başladım. Artıq xırda şeylərlə də xoşbəxt ola bilirəm. Həyata tamam başqa gözlə baxıram. Mübarizə aparıram və həyatı sevirəm. 

- Sizi izləyən və həyatlarının hansısa mərhələsində çətinlik yaşayan insanlara nə demək istərdiniz?

- Hər şey sizin beyninizdədir. Əgər onu təmiz saxlasanız və özünüzə inansanız, yaxşı olacaq. Heç vaxt düşünməyin ki, alınmayacaq. Mənə də deyirdilər ki, alınmayacaq, otura bilməyəcəksən. Amma mən oturmuşam. Özünüzü sevin, çünki siz özünüzü sevməsəniz, heç kim sizi sevməyəcək. 

- Sonda sizdən bir ifa istəyəcəyik. Elə bir mahnı olsun ki, tam olaraq bu gün keçirdiyiniz hissləri ifadə etsin...

Uzun düşüncələrə dalıb, xeyli düşündükdən sonra canlı ifaya başlayır. Oxuduğu isə Adelin “Someone like you” mahnısıdır.

Lamiyə Məmmədova

Foto-Video: Pərvin Zeynal 



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:307
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Aprel 2026 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see342

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see313

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see276

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see264

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see260

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see250

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see248

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see246

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see243

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see239

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see235

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see234

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see228

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see223

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see219

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see219

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see219

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see209

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see202

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri