Qabırğalarımı sındırtmaq istəyirəm Video
Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Bəzən elə bir an yadına düşür ki, gülümsəyirsən, amma için ağlayır. İnsan hər düşdüyü andan güc alır. Müəyyən illər keçir və elə bilirlər ki, daşlaşmısan. Xeyr, divar hörürsən ki, məni belə tanısanız, yaxşıdır. Artıq zamanı, dövrü yox, insanları qınayıram. Dərdini danışırsan və ehtiyatlı olmalısan. Kimin yanında hansı yaranı göstərdiyini bilməlisən ki, səni sonra qınamasın. Böyük danışmayım. Yalandan özümü mələk kimi göstərə bilmərəm. Bəlkə də qınadığım hansısa insanın yerində olsam, eynisini edərəm".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "Sevilən səhər" proqramında deyib. Sənətçi həyatından, son günlər ağlayan yerdə yayımladığı videolardan danışıb.
Ayan estetik əməliyyatlarını da sadalayıb. O bildirib ki, 3 dəfə plastik əməliyyat etdirib:
"Üzümdə botoks belə yoxdur. Həyatımda bir dəfə botoks etdirmişəm, o da alınmadı. Beş il əvvəl olub. Gözüm aşağı düşməyə başladı. Məndə cavanlıq toxumları aktivdir. Ona görə iynə vurdular, botoks əridi.
Dörd il əvvəl göz dartdırma əməliyyatı etdirmişəm. Bir ildən sonra yenidən düşdü. Estetik həkim dedi ki, alınmayacaq. Saçımı yığanda çox dartırlar. Burun estetikasında da olmuşam.
Dodaq və çənə dolğusu etdirmişəm, bunu dana bilmərəm. Bədən nahiyəmdə plastik əməliyyat da etdirmişəm. Bel nahiyəm yox idi, etdirdim. Qabırğamı sındırmaq istəyirəm. Amma həkim razılaşmır. Hazırda 47-49 kiloqramam. Üç dəfə estetik əməliyyata girmişəm, bunu danmıram”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 02 Oktyabr 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















