Qabriel Martinelli “Arsenal“dan “Əl Hilal“a transfer olunub
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Braziliyalı futbolçu Qabriel Martinelli İngiltərənin "Arsenal" klubundan Səudiyyə Ərəbistanı çempionatında çıxış edən "Əl-Hilal"a transfer olunub.
Moderator.az Asiya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı vingerlə 4 illik müqavilə imzalanıb.
"Topçular" futbolçunun transferindən 70 milyon avro qazanacaq. Bu, London klubunun tarixində rekord satış məbləğidir. 2017-ci ildən bu yana "Arsenal"ın ən yüksək məbləğə satdığı futbolçu Aleks Oksleyd-Çemberlen olub. İngiltərə təmsilçisi həmin vaxt oyunçunun transferindən 38 milyon avro əldə edib.
Martinelli 2019-cu ilin yayından "Arsenal"ın formasını geyinib. O, London klubunun heyətində 278 oyunda 62 qol və 36 məhsuldar ötürmə ilə yadda qalıb.
Braziliyalı futbolçu "Arsenal"la 2026-cı ildə İngiltərə çempionu olub, 2020-ci ildə ölkə kubokunu qazanıb, 2026-cı ildə isə UEFA Çempionlar Liqasının finalçısı olub.
Martinelli Braziliya millisində 27 oyun keçirib və 5 qol vurub. O, 2022 və 2026-cı illərdə dünya çempionatlarında iştirak edib. Sonuncu mundialda 1/16 final mərhələsində Yaponiya ilə matçda (2:1) Braziliya millisinin qələbə qolunu vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 03 Sentyabr 2026 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















