Qabriyel Liljenstrom: Biz iqlim böhranının ortasındayıq AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 20 noyabr, AZƏRTAC
COP29 həqiqətən də çox vacib platformadır. Belə tədbirlərə indiki dövrdə hər zamankından daha çox ehtiyac var. Biz iqlim böhranının ortasındayıq, ona görə də dünya bir araya gəlməli və iddialı məqsədlər uğrunda birgə mübarizə aparmalıdır”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İsveçin “Qlobal Ekumenizm Təşəbbüsü”nün üzvü Qabriyel Liljenstrom bildirib.
O qeyd edib ki, COP29 konfransından əsas gözləntisi iqlim maliyyələşməsi ilə bağlı effektiv həll yollarının tapılmasıdır. “İqlim dəyişikliyinə uyğunlaşma prosesində beynəlxalq əməkdaşlıq və maliyyə dəstəyinin əhəmiyyəti xüsusi vurğulanmalıdır”, - deyə o əlavə edib.
Qabriyel Liljenstrom, həmçinin bildirib ki, ölkələr iqlim dəyişikliyinin təsirlərini daha dərindən hiss etdikcə və bu prosesin dünyanı hara apardığını gördükcə, əməkdaşlığa daha açıq və hazır olacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 20 Noyabr 2024 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















